РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Ağıl dişləri

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq


Hamımızın bildiyi kimi ağzımızda ən axırıncı çıxan dişlər,ağıl dişləridir. Əsasən17-25yaşları arasında çıxmaga başlar. Bu dişlərin ağızda qalıb qalmaması mübahisəlidir.Əgər dogru vəziyyətdə çıxırsa və ətraf toxumalara zərər vermirsə bu diş yerində qala bilər. Çənə sümüyünə birləşmiş və anormal vəziyyətdə olan bir dişin (rentgenlə müəyyən edilmiş) gələcəkdə yol açacağı zərərlər göz önünə alınaraq çəkilməsinə qərar verilə bilər.


Ağıl dişlərinin çəkilməsinə yol açan hallar  hansılardır?                                                               

  • ÇÜRÜK: Tüpürcək, bakteriya və yemək qalıqları yeni çıxmaqda olan dişin açdığı yuvada yığılaraq həm ağıl dişi həm də yanındakı azı dişini təhlükəyə atar. Bu tip çürükləri müəyyən etmək və müalicə etmək olduqca çətindir. Ağrı və infeksiyaya yol açan və abseslə nəticələnən ağır hallar meydana gələ bilər.
  • DİŞƏTİ XƏSTƏLİYİ (perikoronit): Qismən çıxmış bir ağıl dişin dişətində bakteriya və yemək artıqlarının yığıldığı bir infeksiya yığınağı olur. Bu vəziyyət ağız qoxusu, ağrı, ödem və trismusa (ağzın tam açıla bilməməsi halı) səbəb olur.İnfeksiya limfa sistemi vasitəsi ilə yanaq və boyuna yayıla bilər.
  • TƏZYİQ AĞRISI: Ağil dişi çıxan zaman qonşu dişlərə təzyiq edirsə,bununla əlaqədar da ağrı hiss edilə bilər.Bəzi hallarda bu təzyiq aşınmaya gətirib çıxarır.
  • ORTODONTİK SƏBƏBLƏR: Bir çox gənç daimi dişlərindəki əyrilikləri düzəltmək üçün ortodontik müalicə alır. Ağıl dişlərini çıxma təzyiqi digər  dişlərə də əks olunacağından digər dişlərdə də bir hərəkətlilik olur,əyriliklər arta bilir.
  • PROTEZLƏƏLAQƏLİ SƏBƏBLƏR: Protez hazırlanması planlaşdırılan bir ağızda ağıl dişlerini nəzərə almaq lazımdır. Çünki, ağıl diş çəkildikdən sonra dəyişən ağız quruluşuna görə yeni bir protez hazırlamaq lazım gələcəkdir.
  • KİSTA ƏMƏLƏ GƏLMƏSİ: Retensiya olmuş bir dişin səbəb olduğu kista hallarıyla da qarşılaşmaq olur. Kista sümük əriməsinə, çənənin genişlənməsinə və ətrafdakı dişlərin yer dəyişdirməsinə ya da zərər görməsinə səbəb olur.Sümük əriməsinin qarşısını almaq üçün diş çəkilməli və kista təmizlənməlidir. Nadir hallarda bu kista çox geniş əraziyə yayılarsa şişə çevrilə bilər  və ya çənə sümüyündə öz-özünə qırılmalara yol aça bilər.(Baxın, Diş Absesi)

Heç bir narahatçılıq verməsə də düzgün istiqamətdə olmayan bir ağıl diş nə üçün çəkilməlidir? 
Dişin istiqamətinin düzgün olmaması infeksiya üçün yetərli bir səbəbdir. Belə bir halda bəhs olunan  problemlər  yaşanacak. Üstəlik bu tip problemlər qəflətən və gözlənilməyən bir zamanda yaranırlar.

  • Ağıl dişləri fırça və diş ipiylə təmizlənməsi çətin olan bölgələrdə yerləşirlər. Zamanla çürüməyə yol açan bakteriya, turşu və yemək artıqları bu bölgədə toplanır. Əgər diş çürüyərsə və plombla  restavrasiya edilməzsə diş qısa zamanda iltihablanar.
  • Bu dişləri təmiz saxlamaq çətin olduğundan yığılan bakteriya və yemək artıqlarıağızdanpisiygəlməsinə səbəb olar.
  • Diş əti altında köndələn istiqamətdəki retensiya olmuş bir diş, digər dişlərin hərəkəti, sıxılması və əyilməsi ilə nəticələnən təzyiq yaradır.
  • Retensiya olmuş dişin üzərini örtən diş ətinin altına toplanan bakteriyalar  infeksiyaya yol açar.

Ağıl dişlərin çəkilməsi üçün ən uyğun zaman nədir? 
İmpact- düzgün ıstiqamətlənməmiş bir diş şikayət olsun  ya da olmasın 14 - 22 yaşları arasında çəkilməlidir. Gənc yaşlardaki operasiyalar texniki olaraq daha asandır və sağalma daha tez olur. 40 yaşdan yuxarı operasiyalar çətinləşir . Yaşın artmasıyla birlikdə əlavə təsirlər də artar və sağalma müddəti uzanar.


Kəskin- aktiv infeksiyanın olduğu hallarda (perikoronit) diş çəkilə bilər mi?                  
Çox zaman xeyir. İnfeksiyanın var olduğu bir vəziyyətdə müdaxilə edilərse infeksiya ətrafa yayılar, yaranın sağalması geç və çətin olar. Lokal ağız gigiyenası, antibiyotikler və bəzən də qarşı çənədəki ağıl dişin çəkimi ilə infeksiya kontrol altına alınır.

Digər diş çəkimlərindən fərqlidirmi?

  • Ağıl dişin mövqeyi,quruluşu və ölçüsünə bağlı olaraq tətbiq olunan prosedurun çətinlik  dərəcəsi dəyişir. Sadə bir çəkimdən sonra yüngül şişlik, ağrı ve qanama ola bilər. Daha özel işləmlər gərəkdirən bəzi kompleks çəkimlər də həyata keçirilə bilməkdədir..
  • Bu çəkimin ardından -dry soket- adlanan sağalma problemi yarana bilər. Çəkim boşluğunda qanyığılma və ağrı da yarana bilər. Bir neçə gün içində problem aradan qalxır. Diş həkiminin tövsiyələrinə əməl olunduğu zaman bu cür hallarla qarşılaşmamaqda olar.
  • Yaş artıqca  sümük quruluşu qalınlaşdığı və elastiqlik azaldığı üçün diş çəkimi çətinləşir,sağalma gecikir. 

Operasiya sonrası qulluq                                 

  • Yara yeri qurcalanmamalıdır. Yoxsa ağrı, infeksiya və ya qanama ola bilər.
  • İlk 24 saat ərzində o tərəf ilə çeynənilməməlidir.
  • İlk 24 saat siqaret çəkilməməlidir. Çünki siqaret qanamanı artırıb sağalmanı çətinləşdirər.
  • Tüpürülmemelidir. Yoxsa qanama artar və laxta yerindən tərpənə bilər.
  • Qanama kontrol edilməli. Egər tikiş atılmayıbsa steril bintlə tampon qoyula bilər. Laxta yaranması üçün tampon yarım saat ağızda saxlanılmalıdır. Tampon çıxarıldıqdan sonra qanama davam edirsə yeni tampon qoyulmalıdır.
  • Şişkinliyin kontrolu. operasiya sonrası bölgəyə soyuq bir tampon istifadə olunaraq qan dövranı zəiflədilir və üzün şişməsi əngəllənir. Tamponun tətbiqi bu cür olmalıdır: 20 dəqiqə soyuq tampon- 20 dəqiqə ara- tekrar 20 dəqiqə soyuq tampon şəklindəki fasilələrıə davam edilir.
  • İlk 24 saatdan sonra hər 2 saatda bir ilık duzlu suyla ağzı qarqara etmək lazımdır. karışıq 1 stəkan ilıq suya 1 çay qaşığı duz əlavə etməklə hazırlanır.
 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: [email protected] www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı