РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Ağız və Diş Təmizliyi

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq


Kariesin meydana gəlməsinin qarşısını necə almaq olar? 
Flüorlu diş pastası ilə dişlər fırçalanmalıdır. 
Dişlərinizin ara təbəqələri üçün diş sapı və ya digər təmizlik vasitələrindən faydalanın. Balanslı qidalanmaya diqqət edilməli və tez-bazar yeyiləcək qidalara sərhəd qoyulmalıdır. 
Dişlərinizi kariesə qarşı daha dayanıqlı vəziyyətə gətirən vasitələrdən "flüorlama" və "fissür örtücülər" haqqında diş həkiminizlə məsləhətləşin. 
Professional diş təmizliyi və ağız müayinəniz üçün davamlı olaraq diş həkiminizə müraciət etməlisiniz. 


Ağıza qulluq üçün hansı cür məhsul seçməliyəm? 
Satışda müxtəlif və münasib olan bir çox məhsul olması sizi təəccübləndirə bilər. Seçim edərkən təsdiqlənmiş və diş həkiminizin məsləhat gördüyü məhsulları almağa diqqət etməlisiniz. Ən yaxşı diş pastası və ən yaxşı fırça hansıdır sualının cavabı, adamın ağız vəziyyətinə görə dəyişə bilər. 

Bir diş fırçasını nə qədər istifadə etmək olar? 
Adətən 3-4 ay istifadə edilə bilir. Diş fırçasının korlandığını qıl dəstlələrinin bir-birindən ayrılmasından, dağılmasından ve əyilməsindən anlaya bilərsiniz. Sərt qıllı fırçalar dişlərinizə zərər verə bilər.Uşaqlar isə hələ düz fırçalamağı tam olaraq istifadə edə bilmədiklərindən fırçaları daha tez korlanır. 

Ən düz diş fırçalama texnikası hansıdır? 
Əvvəlcə fırça 45 dərəcəlik bir bucaqla dişə yaxınlaşdırılmalı və dişin eni istiqamətində iləri-geri hərəkətlərlə fırçalanmalıdır. Ən son diş ətindən aşağıya doğru bir süpürme hərəkətiylə iş tamamlanır. Dişlərin iç səthləri ,xüsusilə ön tərəflər dar olduğundan fırça dik olarak fırçalanmalıdır. Yaddan çıxmamalıdır ki,bakteriya təbəqəsi və qida artıqlarının çox olduğu bölgələr:dişlərin arxa səthləri, arxa dişlər və dil də təmizlənməlidir. Adətən sadəcə ön dişlərin ön səthləri fırçalandığından çürüklər daha çox arxa bölgələrdə meydana gəlir. Diş daşları isə çox az fırçalanan alt ön bölgələrdə əmələ gəlir. 

Münasib bir texniki vasitələrdən istifadə olunmazsa dişlər zərər görərmi? 
Bəli. Dişlər çox sərt bir təbəqə olan mina ilə örtülü olmasına baxmayaraq yalnız səhv bir teknikayla tətbiq edəcəyiniz fırçadan belə böyük zərər göre bilər. Həm dişin üst qismində, həm də kökü örtən təbəqədə aşınmalara, dişətlərində də çəkilmələrə yol aça bilər. Bu vəziyyətdə dişlər kariesin əmələ gəlməsinə meyl göstərir. Dişləri aşındıracaq qədər böyük bir qüvvətlə diş fırçalamaqdan çəkinməli və yumşaq hərəkətlərlə fırçalanmalıdır. 

Diş ətlərinin fırçalanması niyə görə lazımdır? 
Edilməsi lazım olan başqa bir əməliyyat da diş ətlərini fırçalamaqdır. "Amma diş ətlərim qanayır..." şikayəti olsa belə fırçalamağa davam edilməlidir, çünki diş ətlərini qidalandıran damarlar dövran pozuqluğu nəticəsində dolğunlaşmışdır. Buna tibb dilində "hiperemiya" deyilir. Müalicə etmək üçün kapilyar damarları açmaq yəni fırça etmək lazım olacaq. Beləcə diş ətinin damarları yaxşılaşar və qanama da özbaşına dayanar. Diş ətinin fırçalanması, diş əti xəstəliklərindən qorunmanın ən təsirli çarələrindəndir.

Fırçadan başqa diş təmizləyici vasitələr vardırmı? 
Bunlar, elektrikli fırça, diş sapı, diş qurdalayan, su püskürtəci (water - pic), stimulator... kimi vasitələrdir. Elektrikli fırça və su püskürteci ölkəmizdə gedərək yayılmaqdadır. 
Diş sapı (Diş ipi): 
Diş aralarını təmizləmədə sıx istifadə edilən faydalı bir vasitədir. Səhv istifadəsi isə diş ətinə olduqca zərərlidir.Diş sapı diş həkimindən doğru istifadəsini öyrənildikdən sonra tətbiq olunmalıdır. 
Dişqurdalayan: 
Yemək yeyərkən diş arasına girən bir ət parçasını dişqurdalayanla çıxara bilərsiniz; lakin yemək daim eyni yerə yığılırsa bu, iki diş arasında normal təmas olmadığını göstərər. Belə vəziyyətlər dişqurdalayan istifadə etmənizi tələb edir. Dişqurdalayanın uclarının xüsusi olaraq düzlənmiş olması, ayrıca sterilize edilməsi lazımdır. Bu səbəblə əczaxanada satılanlar seçilməlidir. 


Diş arası təmizləyiciləri nə işə yarar? 
Diş fırçasının çata bilmədiyi sahələrdə dişlər arasındakı və diş ətinin altındakı artıqları təmizləmək üçün istifadə edilər. Bu adətə sahib deyilsinizsə başlamaq üçün gecikmiş sayılmazsınız. 
Diş sapından istifadə edərkən bu nöqtələrə diqqət yetirməlisiniz: 
- İlk istifadədə asan istifadə məqsədiylə şamlı diş ipləri seçilər. Ayrıca florlu diş ipləri də seçim edilə bilər. 
- Diş ipi hər iki əlimizin işarə barmağına dolanaraq və baş barmağımızın köməyiylə istifadə edilər. 
- Diş ipini dişlərinizin arasından yavaş hərəkətlərlə və idarəli olaraq keçirin. Diş ətini yaralayacaq sərt və ani hərəkətlərdən qaçınmalısınız. 
- Dişin üzərində ipi, c hərfi çəkəcək şəkildə irəli-geri yuxarı-aşağı hərəkət etdirərək diş arası səthini təmizləyə bilərsiniz.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı