РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

Estetik diş həkimliyində gün keçdikcə metal tərkibli keramikalardan imtina edilir. Daha sağlam daha estetik kimi istədiyimiz bütün xüsusiyyətlərə sahib olan bu sistemdə infrastruktur olaraq metal yerinə ağ bir xəlitə olan zirkon istifadə edilər. Zirkonyum əsaslı keramikaları həm ön dişlərdə istifadə edə biləcək qədər təbii olmaları, həm də arxa dişlərdə istifadə edilə biləcək möhkəmlikdə olmaları səbəbiylə daha çox seçməkdəyik. Bu sistem həkimin və pasientin həyatını daha asan hala gətirir və həyat keyfiyyətini artırır.

estetik

Zirkon nədir?
Klassik diş bərpalarında keramika tətbiqlərində dayanıqlılıq üçün,keramik dişin altına metal bir infrastruktur istifadə edilməkdə idi. Bu metal infrastrukturun diş ətləri, diş toxuması, ümumi bədən sağlıgı və ən əhəmiyyətlisi estetik cəhətdən eyibləri göründüyündən, ümumi mənadametala alternativ axtarışlara gedildi. Daha əvvəl tibbin digər sahələrində müvəffəqiyyətlə istifadə edilən zirkonun diş həkimlyində keramik metalın yerinə tətbiq olunması ilə yeni bir başlanğıc açılmış oldu.

Çünki bu yeni zirkon infrastrukturlu keramik örtüklər mexaniki müqaviməti, bioloji uyğunluğu və qırılma müqaviməti ilə digər dental materiallar arasından seçilməkdədir.Diş əti problemləri və allergiyaya səbəb olmaz, işıq keçirmə xüsusiyyəti ilə təbii dişlərə yaxın estetik  funksiyasnı əldə etməyinizi təmin edər.

Zirkonun üzərinə keramika qoyularaq edilən qapaq və körpülər Keramik və Zirkon sözlərinin birləşməsindən yaranan Cercon qısa adı ilə adlanır. 900 MPa müqavimətə sahib sistem ən yüksək fiziki dəyərlərin yanında işıq keçirmə xüsusiyyəti toxuma uyğunlaşmasını və bir çox dəyişik formaları əhatə edərək diş həkimliyində yeni bir dövr başlatmışdır. Hətta son illərdə 2500 MPa müqavimətə sahib zirkonlar mövcutdur. Bunlar arxa dişlərdə daha çox istifadə olunur.

Materialın müvəffəqiyyəti tibb və sənaye sahəsində sübut edilmişdir. 1998-ci ildə başlayan araşdırmalar nəticəsində 2002-ci  ilin əvvəlindən etibarən kliniki tətbiqlərə bütün dünyada başlanılmışdır.

Haralarda istifadə edilə bilər?

- Tək diş qapaq örtmələrində 
- Arxa diş  əskikliklərində hazırlanan körpülərdə 
- İmplant üstü estetik qapaq - körpü işləri

Kompüter dəstəkli irəli texnologiyayla dişlər yenidən bərpa oluna bilərmi? 
Bir çox texnika adamın gülüşünü sanki yenidən hazırlayarkən kompüter dəstəkli tətbiqlər heç bir səhv olmadan istənilən dişlərə və gülümsəməyə çatılmasını təmin edir.

CAD-CAM (computer aided design-computer design-computer aided manufacturing) kompüter köməyiylə dişlərdə yeni dizaynlar mənasını verər.Dişlərinin görünüşündən və gülüşündən razı olmayan fərdlər bu irəli texnologiya keramik sistemləri ilə istədikləri təbii dişlərə və gülüşə sahib ola bilirlər.

Dişlərin bərpası diş həkimi və texniki tərəfindən kompyuter mühitində edilir və dişlər kompyuterlə yonma texnikası ilə xüsusi hazırlanmış keramik bloklardan yaradılır. Bu sistemdə istifadə edilən farforun iç quruluşunda kristal və ya zirkonyum var beləcə mükəmməl estetik keyfiyyət və təbiilik tutulur.

Zirkonyum başda omba oynaq protezleri olmaq üzrə bədənin müxtəlif bölgələrində müxtəlif məqsədlərlə istifadə edilmiş və bu günə qədər hər hansı bir təsiri və ya zərərinin olmadığı, allergiya etmədiyi müəyyən olunmuşdur.

Zirkonyum, yüksək istiliklərə, zərbələrə dayanıqlı, yüngül, istilik və elektrik çatdırmayan, işıq keçirə bilən bir elementdir. Ayrıca ağızda dad pozuqluğuna, diş əti problemlərinə və ağız qoxusuna gətirib çıxarmayan sağlam bir materialdır.

Artıq yeni yüksək texnologiya məhsulu olan zirkonyum oksid ilə metalsız güclü və estetik bərpalar müvəffəqiyyətlə edilə bilməkdədir.

Xəstə və həkim baxımından üstünlükləri nədir?
Tətbiq zamanı qısalmışdır. İstənsə adama bir gündə yeni bir gülüş qazandırıla bilər. Dişin estetik keyfiyyəti çox yüksək, işıq keçiriciliyi və duruşu  təbii diş kimidir. İstifadə edilən keramika blokları daha əvvəldən labaratoriya şərtlərində hazırlanmış keramika blokları olduğu üçün materialın fiziki xüsusiyyətləri dəyişməz  səhv olma ehtimalı minimuma endirilmişdir. 

İsti-soyuq həssaslığı inkişaf edərmi? 
Xeyr, isti-soyuq həssaslığı inkişaf etməz. Çünki Zirkonyum Oksidin istiliyi dəf edici xüsusiyyəti vardır.

Allergiya edərmi? 
Xeyr, Zirkonyum Oksid toxumaya uyğun bir maddədir, allergiya verməsi mümkün deyil.

Diş ətlərində dartılma olarmı? 
Xeyr, edilən araşdırmalarda diş ətləri ilə mükəmməl uyğunlaşma göstərdiyi təsbit edilmişdir. Əlbəttə yaşla birlikdə təbii olaraq inkişaf edən diş əti çəkilməsini dayandıra bilməz. Hazırlanan qapaqlar diş və diş ətiylə son dərəcə uyğun olacağı üçün diş əti iltihabına bağlı diş əti çəkilməsi inkişaf etməyəcək.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı