РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Uşaqlarda ağız və diş sağlamlığı

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

Uşaqların dişləri niyə çürüyür?
Süd dişləri normal dişlərə nisbətdə daha çox üzvi maddə ilə zəngindir.Bu səbəblə çürüməyə daha meyllidirlər, daha asan və sürətli çürüyərlər.

Uşaqlar, kariesin erkən dövründə hiss edilə bilən soyuq-isti həssaslığı və yüngül ağrı kimi siqnalları vaxtında izah edə bilmirlər. Vəziyyətii ancaq dayanılamayacaq qədər ağrı olmasında fərq edərlər ki,bu halda çox gec ola bilər. Uşaqlar ağız qulluğuna yetkinlər qədər diqqət edə bilməzlər. Uşağın əl bacarığı, marağı və valideynlərin mövqeyi uşaqda diş fırçalama vərdişini təyin edər.

Xüsusilə anaların tez-tez təkrar etdiyi bir səhv də əmzik ya da əmziyi şəkər, cem və s. kimi qidalara batıraraq uşaqlara vermələri və ya yuxu aralarında şəkərli süd, meyvə şirəsi kimi qidalara öyrəşdirmələridir. Beləcə qidalanma nizamsızlığından ötəri dişlər çürümə vəziyyətinə gəlir.

Kariesin yaranmasına maneə ola bilərikmi?
Çürüyə tamamilə maneə törədə biləcək bir peyvənd ya da dərman hələ tapılmayıb. Ancaq, çürük sayını azaltmağa istiqamətli bəzi vasitələr indiki vaxtda istifadə edilməkdədir, bunlardan biri; "fissür örtüçü " dediyimiz vasitədir. Diş çürükləri adətən azı və kiçik azı dişlərinin, çeynənən səthlərində olan "fissur" adı verilən oyuğlarda başlar. Bəhs etdiyimiz vasitə ilə novların üzəri bağlanılıb, o bölgəyə mikrob, yemək artığı və s. nin sızması maneə törədilərək çürük başlamasının qarşısı alınar. Bu əməliyyat, 6 yaşından etibarən çıxan qalıcı azı və kiçik azı dişlərinə də tətbiq oluna bilər. Çürüyə maneə törətmənin başqa bir yolu da dişlərin çürüyə qarşı müqavimətini artırmaqdır. Dişlərə səthi florür tətbiq olunması nəticəsində bu müqavimət qazandırılar.

Süd dişlərindəki çürüklər müalicə edilməlimi?
Müalicə edilməyən süd dişi çürükləri, ağrı, pis qoxu, dişləmə çətinliyi, bəslənmə pozuqluğu  çirkin görünüşə gətirib çıxarar.  Bu dövrdəki müalicə edilməyən diş pozuqluqları, irəlidə diş əyriliyi . Çənə inkişafında pozuqluq və ümumi sağlamlıq problemlərinə (revmatizmdən ürək narahatlıqlarına qədər) səbəb ola biləcəkdir. Bu səbəbdən süd dişlərindəki çürüklər, "necə olsa yerinə yeniləri gələcək" səhvinə aldanılmadan müalicə edilməlidir.

Süd dişlərindəki çürüklər ; ağrı ilə uşağın çox kiçik yaşlarda tanış olmasına və gələcəkdə bəzi qorxuları olmasına səbəb ola bilər . Həm də bu çürüklər süd dişlərinin çox erkən itkisinə səbəb ola bilər.     

Uşaqlarda diş yaralanmaları
Uşaqlarda dişlərin zərər gördüyü qəzalarda zaman itirmədən müdaxilə olmalıdır. Düz diaqnoz qoyulması çox əhəmiyyətlidir. Bunun üçün həkiminiz sizə, qəzanın nə vaxt və harada olduğunu, zərbənin nə tərəfdən gəldiyini, qəza sonrası huşunu itirmə, qusma, yaddaş itkisi və s. Olub-olmadığını soruşacaq. Verilən məlumatlar istiqamətində ən doğru müalicə tətbiq oluna biləcək.
Uşaqlardakı diş yaralanmaları, bəzən dişin hamısıyla yuvasından ayrılmasına səbəb ola bilər. Bu vəziyyətdə çıxan diş ilə birlikdə təcili olaraq diş həkiminizə getməlisiniz. Bu əsnada diş, bir stəkan südün içində, əgər süd mövcud deyilsə, təmiz bir su içində mühafizə edilməlidir. 


Uşaqlarda ağıza qulluq
Körpələrin, heç olmasa ilk dörd ayı ana südü ilə bəslənmələri ağız ətrafındakı yumşaq toxuma və əzələ funksiyalarının normal inkişafını təmin edəcək. Ana südünün qeyri-kafi olduğu vəziyyətlərdə fizioloji başlıqlı (damaqlı, kəsik uclu) əmzik istifadəsi lazımdır.Körpələr 1 yaşından etibarən stəkan və qaşıqla istifadəyə alışdırılmalıdır. Əmziklə bəslənmə ən çox 2 yaşına qədər davam edə bilər. Barmaq əmmə , yalançı əmzik istifadə etmə kimi vərdişlərə 2 - 2,5 yaşına qədər icazə verilə bilər. Əgər barmaq əmmə vərdişi mövcudsa, bunun səbəbi araşdırılaraq 3 - 6 yaş arasında bu vərdiş mütləq aradan qaldırılmalıdır. 
Tənəffüs problemləri, çənə inkişafı üzərinə mənfi təsir edər. Burundan deyil də, yalnız ağızdan tənəffüs etmə vəziyyəti mövcudsa (bu vəziyyət yuxuda daha yaxşı aydın olar) şübhəsiz qulaq burun boğaz mütəxəssisinə məsləhətləşilməlidir

UŞAQLAR DİŞ FIRÇALAMAĞA NƏ VAXT BAŞLAMALIDIR?
Körpə 6-8 aylıqkən, (yəni ilk dişlər ağızda göründüyündə) təmizləmə əməliyyatı başlamalıdır. Səhər naharı sonrası və gecə yatmadan əvvəl dişləri (heç olmasa dişlək səthlərini) tənzifi isladaraq silmək, təmizləmək yerinə düşər. 
Diş fırçası istifadəsinə isə uşağın arxa dişlərinin çıxmasından sonra (ortalama 2,5 - 3 yaşında ) başlanması uyğundur. 
Məktəbəqədər uşaqlarda diş fırçalama üçün bir metod tətbiq etmək çox çətindir. Bu yaşlarda əhəmiyyətli olan, uşağa diş fırçalama vərdişi qazandırmaqdır. Uşaqlar diş fırçalarkən çox vaxt dişlərin görünən ya da asan nəzərə çarpan üzlərini fırçalayarlar. Halbuki çürüklərin qarşısının alınması üçün dişlərin  ara hissələrini və çeynəyici səthlərini çox daha yaxşı təmizləmək lazımdır. Bu səbəblə fırçalayandan sonra ata-ananın nəzarəti yaxşı olar

Uşaqlar üçün necə diş fırçası seçmək lazımdır? 
Uşağın ağız böyüklüyünə uyğun, yumşaq və neylon tüklərdən çıxarılmış diş fırçaları istifadə edilməlidir. Sərt fırçalar dişləri aşındıracağı üçün istifadəsi uyğun deyil. Köhnəlmiş bir süpürgəylə süpürmə əməliyyatı necə edilə bilməzsə, köhnə bir fırçayla da dişlər fırçalanamaz. Fırça tükləri aşınar aşınmaz (Təqribən 6 ay) mütləq dəyişdirilməlidir.

UŞAĞIMA DİŞLƏRİNİ GÜNDƏ NEÇƏ DƏFƏ FIRÇALATMALIYAM? 
Səhər naharı sonrası və gecə yatmadan əvvəl, yalnız üç dəqiqəlik təsirli bir fırçalama əməliyyatı kifayətdir. Hər yaxşı vərdiş kimi diş fırçalama vərdişi də uşaqlıq dövründə qazanılmalıdır.


UŞAQLARDA BƏZİ AĞIZ VƏ DİŞ PROBLEMLƏRİ

Diş Qıcırdama:

Səbəbləri
Stress, aqressiv,kompleksli və ya utancaq xüsusiyyətlər, ata-anası diş qıcırdatan uşaqlar bu vərdişə daha meyllidir. 
Əlamətləri
Dişlərdə aşınma, yatarkən çıxardılan qıcırdatma səsləri,üz əzələlərində ağrı, çənə oynağında problemlər, baş ağrısı, dişlərdə laxlama və həssaslıq. 
Müalicəsi
Əvvəlcə psixoloji baxımdan diş qıcırdatmaya səbəb olan faktorlar ortadan qaldırılmağa çalışılmalıdır.
Bu bacarıla bilməz xəstəyə taxıb çıxardıla bilen bir gecə  qoruyucusu hazırlanır.

Barmaq Əmmə:

Səbəbləri:
Barmaq əmmə kiçik yaşlarda sıx görülən bir vərdişdir.Adətən dörd yaşına qədər özbaşına ortadan qalxar. Vərdişin davamlı dişlərin çıxdığı yaşlarda da sürməsi, bu dişlərdə və damaqda strukturca pozuqluğlara gətirib çıxarar. Bu pozuqluqların səbəbi barmağın ön dişlərə və damağa tətbiq etdiyi təzyiqdir. Ortaya çıxan pozuqluğun dərəcəsi əmmənin müddətinə, sıxlığına, şiddətinə və əmmə əsnasında barmağın mövqesinə bağlıdır. 
Müalicəsi:
Barmaq əmməyin qarşısının almağın ən təsirli yolu barmaq əmməyə meyl göstərən uşağı əmziyə alışdırmaqdır. Əmziyin həm verdiyi zərər daha azdır, həm də daha asan buraxıla bilər.
Müalicənin zamanlaması çox əhəmiyyətlidir. Uşağın özü bu vərdişdən xilas olmağı istəmədikcə, müalicənin müvəffəqiyyətə çatması qeyri-mümkündür. Uşağın ətraf təzyiqinə uğramaması və lağ edilməməsi üçün məktəb çağından əvvəl buraxması psixoloji istiqamətdən çox faydalıdır. Uşaq təzyiq altına alınmadan cəsarətləndirilərək, mükafatlandırılaraq müsbət istiqamətləndirilməlidir. Əgər hər şeyə baxmayaraq 6 yaşına qədər vərdiş qırıla bilməmişsə diş həkiminə müraciət edilərək professional kömək alınması lazımlıdır

ƏMZİK

Körpələr üçün əmmək rahatlamanın və güvən içində hiss etmənin ən təbii yoludur.
Əgər körpə barmaq əmmə meyli göstərirsə, dərhal əmziyə istiqamətləndirilməlidir. Əmzik barmaq əmməyə görə həm daha az zərərlidir, həm də sonrakı yaşlarda daha asan buraxıla bilər.
Əmzik günün böyük bir hissəsində deyil, yalnız lazımlı olduğunda verilməlidir.
Strukturca pozuqluqlara gətirib çıxarmamaq üçün,mümkün olduğu qədər təbii məmə quruluşundakı əmziklər seçilməlidir. Əmziklərin quruluşunun möhkəmliyinə hər gün nəzarət edilməlidir.
Əmziyin böyüklüyü ağızın quruluşuna uyğun olmalıdır.

Körpəmin dişləri çıxar-çıxmaz çürüdü. Səbəbi nə ola bilər? 
Körpələrdə çıxar-çıxmaz  dişlərin üzərində qəhvə rəngi ləkələr meydana gəldiyi ya da bu dişlərin qırılıb töküldüyü müşahidə edilir. Əslində bu ləkələr diş çürükləridir və dişlər də çürük səbəbiylə qırılırlar. Bu qədər erkən bir dövrdə çürük meydana gəlməsinin səbəbi də əmzik çürüyü adı verilən çürüklərdir. Körpə qidalanmasında ən əhəmiyyətli qida olan ana südü ya da inək südüşəkər tərkiblidir.Gecə yatmadan əvvəl ya da yuxu əsnasında körpə ana südü ya da əmzik əmsə süd ağızda yığılaraq mikrobların dişləri çürütməsi üçün əlverişli bir mühit meydana gətirər. Bu səbəblə xüsusilə gecə qidalanması sonrası dişlərin təmizliyinə diqqət göstərilməlidir.



Əmzik çürüyündən qorunmaq üçün nə etmək lazımdır? 
Körpələrdə meydana gələn çürüklərin müalicəsi çox çətin olduğundan, qoruyucu tədbirlərin erkən dövrdə alınması lazımdır. Bunlar nələrdir?

- Körpənizin gecə ağızında əmziklə yatma vərdişinin qarşısını alın. 
- Qidalandırmadan sonra yatırtmağa çalışın. 
- Əmzikdəki südə şəkər, bal,bəkməz kimi dadlandırıcılar əlavə etməyin. 
- Körpə bəsləndikdən sonra mütləq su içirin.


İlk dişlərin çıxmağa başlamasıyla gecə və səhər bəslənmələri sonrası təmiz, yaş bir tənzif ilə dişlərini silərək təmizləyin.

Əmzik çürüyü əhəmiyyətlidirmi? 
Əmzik çürüyü görülən dişlər müalicə edilməzsə ağrı edər və iltihablanır. İltihablı ya da ağrıyan dişlər körpənin narahatlanmasına və bəslənmə nizamının pozulmasına səbəb olar. İltihab altdan gələcək qalıcı dişlər də təsir edib şəkillərinin xarab olmasına gətirib çıxarar. Bu dişlər çəkilmək məcburiyyətində qalsa uşaqda danışma problemləri ortaya çıxa bilər.

Əmzik əmmədiyi halda uşağimin dişləri çürüdü.sebeb nə ola bilər
Əmziyin yanında ağlayan körpələri susdurmaq məqsədiylə bal, bəhməz, cem kimi dadlandırıcılara batırılaraq verilməsi də əmzik çürüklərinin başqa bir səbəbidir. Bunun yanında, dişlər çıxdıqdan sonra əylənmək məqsədiylə körpənin əlinə verilən karbohidratlı-şəkərli qidalar da diş çürüklərinə səbəb olar. Uşağı bu cür qidaların yerinə alma, kök kimi qida dəyəri yüksək; diş təmizliyinə köməkçi qidalara istiqamətləndirmək lazımdır.


Uşaqlarda hansı diş pastası nə qədər istifadə edilməlidir? 
Körpəlik dövründə və üç yaşına qədər uşaqlara diş pastası  istifadəsi təklif edilməz. Diş pastası istifadəsinə üç yaşından sonra başlanmalıdır. Ancaq reklamlarda gördüyünüz kimi 3-5 sm. deyil, bir ləbləbi qədər məcun fırçalama üçün kifayət olacaq. 
Diş pastası istifadəsinə başlandığı dövrdə, florurlu diş pastalarından hər hansı biri seçim edilə bilər. Əhəmiyyətli olan uşağın seçilən məcunun dadını sevib istək duymasıdır. 
Fırçalama əməliyyatında məcundan çox, təsirli bir fırçalama əməliyyatının əhəmiyyətli olduğunu unutmamaq lazımdır.

Uşaq dişlərində təcili vəziyyətlər

Diş Ağrısı:
Ağrıyan dişin ətrafını təmizləyin. İlıq duzlu su ilə qarqara etdirin və əgər varsa sıxışmış  yemək artıqlarını diş ipi ilə uzaqlaşdırın. Əsla dişin üzərinə aspirin ya da bənzəri dərmanlar qoymayın. Uşağınıza daha əvvəl də sınamış olduğunuz bir ağrı kəsici verin və ən qısa müddətdə bir diş həkiminə aparın. 
Dişlənilmiş Dodaq, Dil, Dodaq Ya da Yanaq:
Yaralı bölgəyə buz qoyun. Əgər qanama varsa, təmiz bir tənzif ilə yüngülcə təzyiq tətbiq edin. Qanama 15 dəqiqə içində dayanmazsa diş həkiminizə müraciət edin. 
Diş Tamamilə Çıxmışsa:
Dişi tapın.Kökünə mümkün olduğunca toxunmadan alın. Diş həkiminə gedənə qədər dişi saxlamaq üçün ən ideal mühit süddür. Təmiz bir qabda südün içində qoruyaraq ən qısa müddətdə diş həkiminizə gedin. 
Süd və ya davamlı dişlərəzədə:
Heç zaman itirmədən diş həkiminiz ilə təmasa dolan. Zədələrdən sonra hər itirilən saat yaranan ziyanı böyütməkdədir. 
Diş Həkiminizə çatana Qədər:
Yaranı ilıq su ilə təmizləyin. O bölgəyə soyuq kompres tətbiq edin. Varsa qırıq diş parçalarını saxlayın.

- Süt dişləri cəmi 20 ədədir. Süd dişlərinin aralarının açıq olması normaldir.

- Bunun səbəbi yerlerinə gələcək daimi dişlərə yer təmin etməkdir.

- Süd dişlərində də çürük meydana gələ bilir.Bu çürüklerində mütləq müalicə edilməsi lazımdır.

- Süd dişleri iltihablanmışsa əvvəlcə kanal müalicəsini sınanmali, mümkün olmazsa diş çəkilməlidir.

- Süd dişleri zamanından əvvəl çəkilirsə,altdan gələn daimi dişə yer qalmaz və yer darlığı meydana gələr..

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı