РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Diş ağartma(bleaching)

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

estetik


Müasir cəmiyyətdə fərdlər dişlərinin görünüşünə əhəmiyyət verir, hətta dişlərdəki ən kiçik görünüş dəyişiklikləribelə insanda psixoloji narahatlıqlara səbəb ola bilir. Dişhəkimliyində estetik və restoratif maddələrin əmələ gəlməsiylə bir çox rəng, şəkil, mövqe dəyişiklikləri asanlıqla həll oluna bilir. Rənglənmiş dişlərin ağardılması (bleaching), digər bərpaüsulları ilə müqayisə edildikdə daha ucuz, praktik və zərərsizdir.

Ağartma (bleaching) əməliyyatı nədir və necə edilrlər?
Ağartma dişlərin quruluşunda (mina və dentin təbəqəsində)əmələ gələn ləkələri aradan qaldırma əməliyyatıdır.Bunun üçün  məlum olan iki müxtəlif ağartma üsulu vardır. Bunlardan ilki xəstənin öz başına tətbiq edə biləcəyi bir üsuldur, mərhələləri belədir:

- Həkimin ağızdan ölçü götürüb, dişlərinizin üzərinə taxa biləcəyiniz incə rezin qəlibləri hazırlatması.

- Xəstənin özü üçün hazırlanmış xüsusi qəlibin içərisinə dərman yerləşdirərək bu qəlibi ağardılacaq dişlərin üstünə gündə ən az 6 - 8 saat taxması (yuxudaikən olması məsləhətlidir), 

- Müalicənin təqribən 1 - 4 həftə içində sonlandırılmalı. 


İkinci üsul isə klinikada bir həkim tərəfindən edilən ağartmadır ki, aşağıdakı şəkildə tətbiq olunur:

- Ağardıcı dərman bu iş haqqında təcrübəsi olan bir həkim tərəfindən diş üzərinə yerləşdirilməli. 

- Ağardılacaq dişin üzərinə ağ rəngli işıq şüası müəyyən bir müddət  tutulur. 

- Əməliyyat bitdiyində nəticə dərhal müşahidə edilir. 


Hər iki üsul da təsirli olmasına baxmayaraq seçim, rənglənmənin dərəcəsinə, müalicənin nə qədər tez sonlandırılmaq istəndiyinə və həkimin fikirinə bağlıdır.

estetikestetik

Dişlərdə istənməyən ləkələrin meydana gəlməsinə səbəb nədir?
Bunun bir çox səbəbi ola bilər. Ən çox rast gəlinəni; yaşlılıq, dişləri rəngləyən maddələrin (qəhvə, çay, kola, siqaret və s.) istifadəsi, zədələr, köhnə protezler, plomblardır. Dişlərin meydana gəldiyi gündən istifadə edilən antibiotik (tetracycline) və ya həddindən artıq florit istehlakı da dişlərdə rənglənmələrə yol aça bilər.
Bu vəziyyət dişin quruluşundan irəli gələ biləcəyi kimi diş faktorların rəngləməsi ilə, inkişaf çağında alınan antibiotik ya da florür səbəbi ilə, yaşlılıqla, dişə gələn bir zərbə səbəbi ilə də ola bilər.

Ağartma əməliyyatı kimlərə tətbiq oluna bilər?
Demək olar ki, hər kəsə! Ancaq, müalicənin təsirli ola bilməyəcəyi bəzi vəziyyətlər vardır. Diş həkiminiz tam bir ağız içi müayinəsi və diaqnozu ilə dişlərin bu əməliyyat üçün uyğun olub olmadığını təyin edəcək. Dişləriniz sağlamdırsa daha ağ və təbii gülümsəmə üçün ideal bir həlldir.

Ağartma əməliyyatı çətin və zəhmətlidirmi?
Xeyr! Ağız sağlamlığı texnologiyasındakı inkişaf nəticəsində dişləriniz çox qısa bir müddətdə, etibarlı və təsirli olaraq ağardıla bilər.

Etibarlıdırmı? 
Bəli! Aparılan araşdırmalara görə, dişlərin ağardılması diş həkiminizin nəzarəti altında edilsə son dərəcə təsirli və etibarlıdır. Dişlər və diş ətləri heç bir şəkildə zərər görməz.

Tətbiq müddəti nə qədərdir?
Ümumiyyətlə, ilk tətbiqdə ağardılma başlar.İdeal görünüşə çatmaq üçün,tətbiqin 10-14 gün davam etməsi lazımdır.

Dişlər ağlardildıqdan sonra əvvəlki vəziyyətinə dönərmi?
Dişlər hər vaxt üçün köhnəsindən daha ağ olacaq. Ancaq, xəstələrin vərdiş və ağız baxımından asılı olaraq ildə 1-2 dəfə gücləndirici müalicəyə ehtiyac ola bilər.

Nəticə etibarilə bu müalicənin müvəffəqiyyətli ola bilməsi üçün nələr əhəmiyyətlidir?
- İstifadə edilən dərmanın markası və tərkibi.
-Təcrübəli bir həkimin müalicəsi altında olmağınız. 
-Dərmanın istifadə edilmə şəkli və müalicə müddəti.

Müalicə əsnasında nələrə dözmək məcburiyyətində qalacağam?
1.Əgər siqaret çəkirsinizsə rezin qəlib ağızınızda ikən siqaret çəkməməniz lazımdır.
2.Müalicənin bitməsi ilə ortadan qalxacaq yüngül soyuq-isti həssaslığı.

Diş Ağartma (Bleaching) Üsulları:
Diş ağartma (bleaching) metodları üç qrupda cəmləşir:
1)    Kimyəvi Diş Ağartma
2)    Fototermal Diş Ağartma
3)    Fotokimyəvi Diş Ağartma

Kimyəvi Diş Ağartma
Bu texnikada, diş ağardıcı gel, xüsusi olaraq hazırlanmış diş qəlibləri köməyi ilə dişlərə tətbiq olunar. Ancaq kimyəvi diş ağartma texnikasının diş minasına bir miqdar mənfi təsirinin ola biləcəyi unudulmamalıdır. Müxtəlif estetik məhsullar arasında da satıla bilən bu kimyəvilər mütləq bir diş həkimi nəzarətində istifadə edilməlidir.

Fototermal Diş Ağartma
Bu üsulda da yenə bir miqdar xüsusi bir gel istifadə edilər. Ancaq əvvəlki metoddan fərqli olaraq yüksək enerjili xüsusi bir şüa dəstəsnin köməyi ilə tətbiq olunar. İşıq qaynağı bir ardıcıl LED və ya diyod-lazerdən ibarət ola bilər. Yenə bu üsulda da mövcud ola biləcək mənfi təsirlərin ola bilmə ehtimalından mütləq diş həkimi nəzarətində edilməlidir.

Fotokimyəvi Diş Ağartma 
Bu diş  ağartma üsulunda, ağartma geli bir UV-lampa (mavi işıq) və ya bir KTP lazeri (yaşıl işıq) istifadə edilərək aktivə edilər. Bu metodu digərlərindən ayıran xüsusiyyət isə istifadə edilən işıq qaynağının da ayrıca dişi ağardıcı təsirinin olmasıdır (foto oksidasyon). Bu tətbiq, dişlər üzərində daha dərin bir ağartma təmin edər. UV-Işıq istifadə edərkən ətraf toxumalar (dodaqlar, diş ətləri, dil və.s) meydana gələ biləcək yanıq yaralanmalarına qarşı yaxşı qorunmalıdır. KTP lazerindən istifadə edərkən isə yanma riski yoxdur, ancaq diş ətləri ağartma gelinin sızıntılarına qarşı qorunmalıdır (gingiva block). KTP lazeri ilə ağartmanın böyük bir üstünlüyü də diş minası üzərində yan təsirlərinin müşahidə edilməmiş olmasıdır. Diş ağartma prosesi sonrası tətbiq ediləcək florid diş minalarını gücləndirər və çürümələrin qarşısını alar.

Lazer nədir və necə əldə edilər?
Lazerlər tək rəngli, düz, sıx, tək fəzalı monoxromik işıq verən cihazlardır. Rəngli olduğu kimi rəngsiz də ola bilər. Görünməsi dalğa uzunluğu ilə əlaqədardır. Bu dalğa uzunluğu və gücü tibbdəki istifadə sahəsini təyin edər.

estetik

Lazer köməyilə elektromaqnit dalğalar güclənir və sürətlənir. Beləliklə müalicə olunacaq nahiyədə kəsici və yandırıcı təsirə malik, yüksək enerjili bir ışıq dəstəsii əldə edilir. Lazerlərin istifadə sahələri, sahib olduqları dalğa uzunluğuna görə dəyişir.

Fərqli dalga uzunluqlarında, bütün toxumalar, fərqli sorma dərəcələrinə sahibdirlər. Məsələn, KTP lazeri 532nm lik bir dalga uzunluğuna malikdir. KTP lazer şüası, hemoqlobin və oksihemoqlobin tərəfindən yüksək dərəcədə  sorula bildiyi üçün kiçik və həssas cərrahi əməliyyatlar üçün çox uyğundur.

Lazerin iş prinsipi:
Çöldən işıq vermə, elektrik cərəyanı keçirmə surətiylə və ya kimyəvi bir yolla əldə edilən enerji, mühitdəki atomlara çatar. Bunların bəziləri bu enerjini udarlar.Hədsiz enerji, atomları qərarsız hala gətirər. Özünə bir foton dəymiş, xəbərdar edilmiş və qərarsız atom, çox enerjini foton halında yayaraq verər. Fotonlar, bənzər şəkildə digər fotonların yayılmasını təmin edər. Xəbərdar etməklə mühitdəki fotonlar daha da artar. Atomların az qala hamısı, foton yaymağa başlayınca qüvvətlənən şüa dəstəsi meydana gələr. Bu,lazer şüasıdır. Laser şüaları yüksək tezlikli olduğundan günəş şüası xüsusiyyətlərinə malikdir. Ancaq lazer şüaları tək tezliklidir.

Ağardılan dişlər nə qədər müddət ağ qalar?
Fərqli diş ağartma (bleaching) metodları ilə ağardılan dişlər bir neçə il ağ qalar. Lakin bu müddət adamdan adama dəyişər. Yemə-içmə vərdişləri, siqaret və fırçalama vərdişi dişlərin ağ qalma müddətinə təsir edər.
Bu unudulmamalıdır ki, bleaching hər vaxt istədiyiniz ağlığı təmin etməyə bilər. Ağarma nisbəti dişlərinizin ağartma əməliyyatı tətbiq olunmadan əvvəlki tonuna bağlıdır və adamdan adama dəyişər. Buna görə diş həkiminiz ilə nəticəni əvvəldən danışmalısınız.

Diş Ağartma ümumi diş həkimliyində  çox tətbiq olunan bir əməliyyat olmasına baxmayaraq əslində estetik diş həkimliyinin sahəsidir. Əksər adam ağ dişlərlə edilən bir gülüşü çox cazibədar hesab edir. Ümumiyyətlə süd dişləri, yetkinlik dişlərindən daha ağdır. Adam yaşlandıqca dişlərinin rəngi də zamanla daha tündləşər. Bu tündləşmə diş minalarının mineral quruluşundakı dəyişmədən qaynaqlanır. Dişlər həm də, bakteriya pigmentleri və tütün istifadəsindən qaynaqlanan rənglənmələrə də məruz qala bilər. 

Ağ dişlər gənclik görünüşü verdiyindən estetik görkəmdə olmaq istəyən insanlar tərəfindən olduqca arzulanır. Ancaq bunu ifadə etməliyik ki,şişirdilmiş bir ağlıq çox vəziyyətdə estetik olmaya da bilər. Hər vaxt üçün üz və ağız quruluşunuza uyğun gələn təbii ton daha estetik olacaq.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: [email protected] www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı