РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Diş ağrısı və müalicəsi

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq


Diş ağrısı; diş çürüməsi, diş minasının aşınması, diş ətlərinin iltihaplanması və ya bunlara bənzər səbəblərdən qaynaqlanar.

Diş ağrısı, demək olar ki, hər kəsin həyatının bir və ya bir çox dövründə şikayətləndiyi narahatlıqdır. Ümumi qənaət,diş ağrılarının sadə ağrılar olduğu istiqamətindədir və bu səbəblə dözülməz hala gələnə qədər diş həkiminə getmək ümumiyyətlə təxirə salınar. Həm də eyni səbəblə şüursuz ağrı kəsici istifadəsinin və müxtəlif üsulların ən sıx görüldüyü ağrı növlərindən biridir.

Diş ağrılarının səbəbləri

Diş ağrılarının səbəbləri, diş minasının aşınması, dişəti xəstəlikləri və diş absesləri ,retensiyalı  dişlər (agıl dişlər), sinüsit kimi ağız xarici xəstəliklər olaraq sıralana bilər. 
Diş ağrıları səbəbləri arasında ən sıx görülən diş çürükləridir. Cəmiyyətin 97%-dədiş çürüklərinə rast gəlinməkdədir. Bu vəziyyət xüsusilə qeyri-kafi və ya pis ağız gigiyenasından qaynaqlanar. Ağız içinə yerləşən bakteriyalar şəkərli və unlu yemək qalıqları ilə turşu meydana gətirər və bu da dişin qoruyucu təbəqəsini zəiflədərək çürüklərə səbəb olar. 

Diş ağrıları ümumiyyətlə döyünmə formasında və son dərəcə narahat edici olaraq hiss edilər. Ağrı getdikcə şiddətlənər və bəzən dözülməz bir hal alar. Xüsusilə abses kimi iltihabı bir vəziyyət mövcudsa çöldən fərqinə varılacaq qədər şişliklərə səbəb ola bilər. –isti.soyuq həssaslığı  və dişə təzyiq edincə həssaslıq artar. Dişlərdə kiçik qırılmalar görülə bilər. 

Diş ağrısı başladığında zaman itirmədən bir diş həkiminə getməkdə fayda vardır. Çünki diş ağrısı səbəblərindən də aydın olacağı kimi, ağrı öz-özünə keçmə xüsusiyyəti göstərməz və müalicə tələb edir.

Diş Ağrısı və Müalicəsi
Ağrıyan diş üzərinə aspirin ya da hər hansı bir ağrıkəsici dərman tətbiq olunmamalıdır. Kimyəvi strukturlar səbəbi ilə bu kimi dərmanlar diş ətində və ətrafdakı yumşaq toxumalarda dəyişikliklərə səbəb ola bilməkdədir. Bu da diş ağrısının yanında əlavə bir ağrının meydana gəlməsinə səbəb olacaq. 

Ağrıyan diş üzərində və dişlərin arasında olan qida artıqları, diş fırçası və diş ipi istifadə edilərək təmizlənməli və yarım su stəkanına yarım çay qaşığı duz əlavə edərək qarışdırılmalı və bu duzlu su ilə ağız yaxşıca yaxalanmalıdır. 

Diş həkiminə getmədən əvvəl ağrı kəsici bir dərman alına bilər.

Əgər iltihab səbəbi ilə üzdə şişlik meydana gəlmişsə o bölgəyə soyuq kompres qoyulmalıdır. 

Diş üzərində çürük səbəbi ilə oyuq meydana gəlmişsə bura çox az qərənfil yağı (eugenol) hopdurulmuş pambıq qoyula bilər. Eugenol ağrının yüngülləşməsini təmin edəcək. Ancaq, bu əməliyyatı edərkən eugenolün diş ətinə sızmaması vacibdir. Çünki qərənfil yağı da yumşaq toxumaları korlayıcı xüsusiyyətə malikdir. 


Bir an əvvəl diş həkiminə müraciət edilməlidir ...!

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: [email protected] www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı