Keramika ya da kompozit inley-onley labaratoriyalarda hazırlanan yüksək estetik və dayanıqlılığa malik plombalardır.
Böyük sahəyə plomba qoyulması lazım gələn dişlərdə kompozit ya da amalqam plomba yerinə həm estetik həm də dayanıqlı olması səbəbiylə keramika inley-onley plombalar istifadə etmək mümkündür.
Tətbiq mərhələsində keramika qapaqlara nisbətən daha az maddə itkisinə səbəb olduğu üçün inley-onley plombalara üstünlük verilir. Sadəcə çürük təmizlənib dişin ölçüsü götürülür.
Labaratoriyada hazırlanan keramika inley plombalar daha sonra dişlərə xüsusi yapışdırıcılarla yapışdırılır. (adhesive sistemlər) Xüsusilə böyük maddə itkisi olan dişlərə əvvəlcə kanal müalicəsi edib gərəkərsə diş ətində sadə cərrahi düzəltmələr (gingivoplastika – diş əti manikürü) edib üzərinə onley (labaratoriyada hazırlanan keramika ya da kompozit plomba) qoyulur. Bu sayədə dişin ya da plombanın qırılma riski olduqca azalır.
Həddən artıq maddə itkisi olan kanalı müalicə olunmuş bir dişdə müvəfəqiyyətlə həyata keçirilmiş onley və inley tətbiqi.