Qapaq: Çürük,qırıq və ya başqa bir səbəblə hədsiz maddə itkisi olan dişlərin kiçildilib bağlanılması prosesidir.
Körpü: Bir və ya birdən çox diş əksikliyində,qonşu dişlərin kiçildilib onlara uyğun gələn xüsusi bağlamalardan kömək alaraq ara boşluqlarının doldurulması prosesidir.
Hər hansı bir səbəblə diş itkisi meydana gəldiyində qonşu dişlər də bu boşluğa doğru hərəkət etməyə başlayar. Bunun nəticəsində yandakı dişlərdə diş əti problemləri və bu boşluqda hərəkətlə bağlı sümük itkisi,estetik görünüşdə pozulma və çeynəmə əzələlərində dəyişikliklər meydana gəlir.Əgər uzun müddət bu boşluq implant ya da körpü ile əvəz edilməzsə bu qonşu dişlərdə də itkiyə səbəb ola bilər.
Metal dəstəkli Qapaq və ya Körpülər
İnfrastruktur olaraq standart metal "quotni-co" və ya qiymətli metal "quotau" xəlitələr istifadə edilə bilər.Qızıl diş həkimliyində istifadə olunan maddələr içərisində diş ve diş əti ilə bağlı ən qiymətli məhsullardan birdir. Bu səbəbdən qiymətli metal istifadə edərək edilən tətbiqlər ilə daha sağlam və estetik nəticələr əldə edilir.
METAL DƏSTƏKSİZ TAM (FULL) KERAMİK QAPAQLAR.
Gücləndirilmiş keramikadan düzəldilir.Qapaqların görüntüsünü bir çox şey dəyişə bilsə də ən vacibi işığa verdiyi reaksiyadır. Təbii dişlər işıq şüasını keçirir.Bunun nəticəsi olaraq da dişdə dərinlik ve canlılıq ortaya çıxır. Metal dəstəksiz keramik qapaqların işıq keçirmə qabiliyyəti olduğu üçün dərinlik və canlılıq daha çoxdur və beləcə bu prosesdə təbiidişə yaxın nəticə əldə edilir.
Tam (Full) keramikalar işığı keçirdiklərindən təbii diş quruluşuna çox bənzər bir estetik görünüş meydana gətirərkən, çox yaxşı hazırlanmış belə olsa metal keramikalarda bir donuqluq və sünilik vardır. Bu səbəblə xüsusilə ön dişlərdə full keramikalar seçirlər.
- Metal dəstəkli keramikalar bəzi işıqlarda (disko,fotoaparat flaşı və s.) ağızda yoxmuş kimi tünd rəngli bir boşluq görüntüsü verirlər. Full keramikalar isə eyni təbii diş kimi hər cür işığı keçirirlər.
- Metal dəstəkli keramikalar mexaniki olaraq dişə yapışdırılır. Full keramikalar isə mexaniki ve kimyəvi olaraq dişə yapışdırılır. Bu səbəbdən metal dəstəkliklərə nisbətən mühafizəkarlıqlarıi çox daha yüksəkdir.
- İnfrastrukturunda metal olmadığı üçün qapaq - diş əti xəttində tünd rəngli bir sahə olmaz. Daha estetik bir görünüş təmin edilər.
- Dişə əti çəkildiyində, tam (full)keramikalar estetik görünüşlərini qorumaq istərkən,metal keramikalar diş ilə birləşdikləri bölgədə pis bir görüntü alırlar.
- İnfrastrukturunda istifadə edilən bəzi metallara qarşı (nikel və s.)əmələ gələ biləcək allerqik risk full keramikalarda yoxdur.
METAL DƏSTƏKSİZ EMPRES KÖRPÜLƏR
Gücləndirilmiş keramikanın xüsusi aparatlarda sıxışdırılmasıı ilə əldə edilir. Xüsusilə ön dişlərdə, ışıq keçirmə çox yaxşı olmasından ötəri seçilər. Arxa bölgə çeynəmə əzələlərinə qarşı kifayət qədər dayanıqlı deyildir.
METAL DƏSTƏKSİZ ZİRKONYUM ƏSASLI KÖRPÜLƏR
Bu sistemdə infrastruktur olaraq metal əvəzinə ağ rəngdə olan zirkonyumdan istifadə olunur. Sistemin ən böyük üstünlüyü, çatdığı çox yüksək dayanıqlıqla, arxa bölgədəki körpülərdə tam estetik bir görünüş təmin etməkdir.