KERAMİK LAMİNAT VİNİRLƏR
Gülümsəmənizdəki kiçik bir dəyişiklik psixologiyanızda, insanlarla ünsiyyətdə və hətta sosial statusunuzda vacib dəyişikliklərə yol aça bilər.
Laminat vinir (Laminat Vener, dental veneer) nədir? (Laminey, Lamine ya da lamina olaraq da tanınır.) Keramik laminat vinirlər görünüşünüzə mənfi təsir göstərən bir çox diş problemlərinin radikal kosmetik həllidir. Laminat vinirlərlə müalicənin mahiyyəti - keramikadan hazırlanan nazik, yarı şəffaf təbəqələrin dişlərin ön səthlərinə yapışdırılmasındadır. Bu növ müalicə əsasən estetik problemləri olan ön dişlərdə tətbiq olunur və ən konservativ (qoruyucu) müalicələrdən biridir. Vinirlərin hazırlanması üçün dişlərin ön səthindən çox az bir qalınlıqda mina təbəqəsinin yonulub götürülməsi yetərlidir. Təxminən 0,3-0,7 mm qalınlığında diş toxumasi yonulub götürülür. Yonulmuş dişlərdən ölçü alınır və istənilən rəng ve formada vinirlər diş texniki laboratoriyasında hazırlanıb dişlərin ön səthlərinə xüsusi yapışdırıcı – adheziv ilə yapışdırılır. Vinirlərlə dişlər arasında möhkəm bir birləsmə əmələ gəlir. Çox incə və metalsız olduğundan, onlar təbii dişlərə mükəmməl estetik görünüş verirlər.
Hansı hallarda laminat vinirlərlə müalicə aparılır? Laminat vinirlər, əsasən, dişlərə istənilən rəng və estetik görünüş vermək məqsədi ilə tətbiq olunurlar. İstifadə oluna bilən sahələr aşağıdakı ardıcıllıqla sıralana bilər:
- Müxtəlif səbəblərdən (məsələn, çoxlu antibiotik, ftor və başqa dərmanlar istifadə etdikdə) təbii dişlərin rənglərinin dəyişilməsi hansı hallarda ki, diş ağartma (bleaching) üsulları ilə yaxşı nəticə əldə etmək mümkün olmur,
- Dişlər bir-birindən aralı olduqda (diastema) onların arasını bağlamaq məqsədilə,
- Qırıq və ya sürtülmüş dişlərin bərpasında,
- Rəngi və forması pozulmuş köhnə restavrasiyaların üzlənməsində,
- Çarpaz ve əyri dişlərin düzəldilməsində (ortodontik müalicəyə alternativ olaraq).
Laminat vinirlərlə müalicədən kimlər yararlana bilərlər ? Demək olar ki hərkəs! Yuxarıdakı səbəblərlə əlaqədar şikayətçi və istənilən yaşda olan insanlar bu müalicədən yararlana bilərlər. Ancaq, çənə anomaliyaları, dırnak yemə, qələm dişləmə kimi pis vərdişləri olan, diş əti xəstəliyi olan şəxslərdə istifadə oluna bilməz. Buna ən gözəl qərar verəcək olan diş həkiminizdir.
Laminat vinirlərlə müalicənin hansı kliniki etapları var? Əvvəlcə dişlərinizin ön səthindən çox az bir qalınlıqda mina təbəqəsi yonulub götürülür. Sonra dişlərinizdən ölçü alınır və onun əsasında diş texniki laboratoriyasında keramikadan laminat vinirlər hazırlanır. Hazır vinirlər dişlərinizin üzərinə xüsusi yapıştırıcı – adheziv ilə yapışdırılır.
Laminat vinirlər uzun ömürlüdürmü? Pasiyent ağız boşluğunun yaxşı gigiyenasını təmin edərsə və laminatlara yaxşı qulluq edərsə, onlar uzun müddət problemsiz istifadə oluna bilərlərlər. Analoji sistemlərlə müqayisədə, onlar ləkələnmə və aşınmaya qarşı daha davamlıdırlar. Onların ömürlərini uzatmaq üçün çox sərt qidaları dişləməkdən, dırnaq yemək kimi pis vərdişlərdən uzaq olmaq lazımdır.
Laminat vinirlərin üstünlükləri nələrdir? Dişlərinizdə çürüklər, sürtülmələr, mikro-çatlar və ya quruluş anomaliyaları ilə əlaqədar özünüzdən əmin bir şəkildə gülümsəyə bilmədiyiniz hallarda, dişlərinizə bu üsulla təbii bir gözəllik bəxş etmək mümkündür. Əvvəllər dişlərin bu cür patologiyalarında “plombalar” və tam qapaqlar problemin tək həlli idi, lakin bu günümüzdə laminat vinirlər ilə müalicə kimi yeni alternativlər mövcuddur. Bu yeni üsulun üstünlükləri: - Kiçik bir müdaxilə ilə çox qısa müddətdə sağlam və təbii bir görünüş əldə edilir; - Dişiniz sadəcə bir dırnaq qalınlığında yonulur və ya heç yonulmur; - Təmiz, rəngləri dəyişilməyən və davamlı maddələrdən hazırlanır; - Dişlərinizin təbii quruluşunu pozmadan istədiyiniz estetik görünüşə sahib olmaq sadəcə laminat vinir ilə mümkündür; diş üzərində ya heç bir dəyişiklik edilməz ya da çox az dəyişiklik edilərək nəticənin daha mükəmməl olması təmin edilə bilər; onsuzda dişin üzərindən yonulan qalınlıq 0,3-0,7 mm-dən çox olmur; beləcə heç bir dişin yonulmasına (kiçildilməsinə) gərək qalmır. - Müalicənin laboratoriya mərhələsi sadəcə 3-4 gündür; bu müddətin sonunda üzünüzlə tamamən bütünləşmiş və süni olduğu qətiyyən hiss olunmayan yeni dişlərinizlə rahatlıqla gülümsəyə bilərsiniz.
-Görünüşünüzdən məmnun qalmadığınız dişlərinizin bir sürəti (kopyası) əldə edilərək üzərində dəyişiklik edilə bilir. Yəni, dişlərinizə heç bir müdaxilə edilmədən əvvəl, dişlərinizdə olunacaq dəyişikliyi əvvəlcədən sizə göstərmək mümkündür.
- Keramika səthləri son dərəcə hamar olacağı üçün siqaret və ona bənzər səbəblərdən qaynaqlanan ləkələnmələri və diş daşı əmələ gəlməsini minimuma endirir. - Kofe, çay, siqaret kimi kənar amillər onun rəngini dəyişdirməz. - Material olaraq olduqca tez qırılandır. Ancaq, minaya tam olaraq yapışdırıldığında, dartılma və çəkmə qüvvətlərinə qarşı dayanıqlığı çox yüksəlir. Sadə dillə desək, yapışmış bir viniri dişdən bütün olaraq sökmək mümkün deyildir. Ancaq almaz frezlərlə onu diş səthindən kəsib qoparmaq mümkündür. - Sürtülməyə qarşı dayanıqlığı yüksəkdir.
Laminat vinirin mənfi xüsusiyətləri nələrdir?
- Digər restavrasiyalarla müqayisədə sağlamlıq baxımından daha çox üstündürlər. Ancaq diğərlərinə nisbətən biraz daha bahalı bir sistemdir.
- Həssas bir işdir. Çox yüksək səviyədə kliniki və laboratoriya şəraitində hazırlanmalıdır. Həkimin və diş texnikinin bu sahədə xüsusi biliyinin və sənət bacarığının olması vacibdir.
Laminat vinirlərlə Siz özünüzdən tam əmin bir halda gülümsəyəbilərsiniz!
|