РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Personal
M.Sc.Dr.Dt Xaqani Hüseynov
Hüseynov Xaqani İsa oğlu 1979-cu ildə Naxçıvan MR-nın Şərur Rayonunda doğulub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsindən məzun olub. 2001-2002-ci illərdə Türkiyənin Trabzon şəhərində Endodontiya sahəsində işləmişdi. 2002-2005-ci illərdə şəxsi stomatoloji klinikasında (Xaqani Dental) diş həkimi kimi fəaliyyət göstərib. 2005-2006 Sankt-Peterburq Diplomdan sonrakı Təhsil Akademiyasında professor Aleksey Vasilyevin rəhbərliyi ilə Üz-çənə cərahiyyəsi və İmplantologiya üzrə ixtisaslaşma kursunu bitirmişdir. 2006-2010-cu illərdə İstanbulda Ata Anılın İmplantologiyada Estetika kursunu, Cuxhavendə kompozit restavrasiyalar, ABŞ-da professor Dan Fischer Estetik Kompozit Restovrasiyalar master-klass kursunu, Münihdə iki dəfə professor Lankın “Fast and Fix”kurslarını, Qalib Gürelin Estetik Lamina Vinir,Franfurkda Orcan Yükselin Dərhal Yükləmələr və ring əməliyyatları, İsraildə, İsveçdə Augumentasiyalar kursunu bitirmişdir. 2011-ci ildə İtaliyada L. Vanininin Estetik Kompozit Restovrasiyalar kursunu bitirmişdir. 2011-ci ildə Almaniyanın Achen Universitetində lazer stomatologiyası üzrə master dərəcəsini almışdır.2011-2012-ci illərdə Ankara Gazi Universitetində prof. Ateş Parlarinin rəhbərliyi ilə Parodontoloji cərrahiyyə kurslarını tam bitirmişdir. 2008-ci ildə “Estetik Diş” Stomatoloji klinikasını təsis etmişdir. Estetik Diş Həkimliyi Akademik Dərnəyinin (EDAD Bakı) sədridir. Ailəlidir. İki qız atasıdır.
Baş Həkim. Natəvan Hüseynova
Uzm. Dr. Səxavət Məmmədzadə (Ph.D)
Səxavət Dilsuz oğlu Məmmədzadə 21 Oktyabr 1982 ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsindən məzun olduqdan sonra, 2004 – 2009-cu illər arasında Ege Universitetində Diş həkimliyi fakultəsinin Ortopediya bölməsində Uzmanlıq keçmiş, İmplant Dizaynının Kemikteki Stres Dağılımına Etkisinin Sonlu Elemanlar Analizi ile Değerlendirilmesi adlı doktorluq işini 27 May 2009 tarixində müdafiə edərək Doktorluq dərəcəsi ilə təltif olunmuşdur. Evlidir, iki övladı var.
Dr. Vüqar Pənahov
Pənahov Vüqar Asəf oğlu 1986-cı ildə Bakı şəhərində doğulub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsini 2009-cu ildə bitirmişdir. 2008-ci ildən “Estetik Diş”Somatoloji klinikasında işləyir. 2009-2011-ci illərdə İstanbulda EDAD-ın (Estetik Diş Həkimliyi Akademik Dərnəyi) konfranslarında fəal iştirak etmişdir. 2010-cu ildə Moskvada L.Vanininin Estetik Restavrasiya üzrə kursunu bitirmişdir. 2011-ci ildə İtaliyada prof. Lorenzo Vanininin “Frontal Dişlərdə Konservativ Restavrasiyalar” nəzəri və praktik kursunu tam bitirmişdi. EDAD Bakı dərnəyinin idarə heyyətinin üzvüdür. Ailəlidir. Bir oğul atasıdır.
Dr. Bəxtiyar Əliyev
Əliyev Bəxtiyav Vaqif oğlu 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb Universitetin Stomatologiya fakultəsini 2009-cu ildə bitirmişdi. 2009 və 2010-cu illərdə Ankara Univeristetinin Diş Həkimliyi Fakultəsinin Periodontologiya bölümündə "Periodontal Cərrahiyyə və Dental İmplantologiya" kursunu bitirmişdir. 2012-ci ildə Finlandiyada Planmeca şirkətində 3D implant planlama kursunu tam bitirmişdir. 2013-ci ildən “Estetik Diş” klinikasında periodontoloq stomatoloq ixtisası üzrə işləyir Estetik Diş Həkimliyi Akademik Dərnəyinin (EDAD Bakı) idarə heyyətinin üzvü və ITI - International Team for Implantology (Beynəlxalq İmplantoloqlar Komandası) üzvüdür.
Dr. Elsevər Süleymanov
Süleymanov Elsevər Etibar oğlu 1984-cü ildə Masallı rayonunda doğulub. Azərbaycan Tibb Universitetin Stomatologiya fakultəsini 2008-ci ildə bitirmişdi. 2008-ci ildən “Estetik Diş” Stomotoloji klinikasında işləyir. 2009-cu ildə İstanbulda Medica dent klinikasında Endodontiyada lazer kursunu bitirmişdir. 2010-cu ildə Moskvada L.Vanininin Estetik Restavrasiya üzrə kursunu bitirmişdir. 2011-ci ildə Finlandiyada Planmeca şirkətində 3D implant planlama kursunu tam bitirmişdir. 2012-ci ildə İstanbulda EDAD-ın (Estetik Diş Həkimliyi Akademik Dərnəyi) konfranslarında fəal iştirak etmişdir. Ailəlidir. Bir qız atasıdır.
Dr. Emil İmanov
İmanov Emil Elbrus oğlu 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. 2004-ci ildə Azərbaycan Tibb Universitetinin stomatologiya fakultəsini bitirib. 2005-2006-ci illərdə Avstriyanın Graç tibb universitetində üz-çənə cərrahiyəsi və implantalogiya üzrə ixtisaslaşma kursu keçmişdir. 2009-2011 ci illərdə Finlandiyada və Almanyanın Freiburg, Erlangen, Ulm, Nürmberg şəhərlərinin tibb universitetlərində və özəl klinikalarında implantalogiya ixtisası üzrə qısa müddətli kurslar keçmişdir. 2009-cu ildə dərc olunan “Stomatoloji praktikada yerli anesteziya” tədris vəsaitinin həmmüəllifidir. 2009 –cu ildən nəşr olunan “Stomatologiya” və “Dental İmplantalogiya” elmi praktik jurnallarının təsisçisidir. 2012 ci ildə Almanyanın tanınmış ortopedi olan Raynhard Markskorsun “Çıxmayan Ortopedik Stomatoloji Restavrasiyalar” kitabını azərbaycan dilinə tərcümə etmişdir. 2006-2011-ci illərdə Sumqayıt şəhər 2 saylı xəstəxanada üz-çənə cərrahı ixtisası üzrə işləmişdir. 2008-ci ildən “İmplant estetik stomatoloji mərkəzində” üz-çənə cərrahı ixtisası üzrə işləyir. 2011-ci ildən “Estetik Diş” klinikasında cərrah stomatoloq ixtisası üzrə işləyir Estetik Diş Həkimliyi Akademik Dərnəyinin (EDAD Bakı) sədr müavinidir. Ailəlidir. İki oğlan atasıdır.
 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı