РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Lazer Texnologiyaları

Stomatologiyada LAZER texnologiyasının tətbiqi

Lazer (Laser) stomatologiyası nədir?

Lazerlər tibb sahəsində 60-cı ildən bəri tətbiq olunurlar. Yaxın zamanlara qədər stomatologiya sahəsində lazer enerjisindən yalnız diş ağartma və yumşaq toxuma əməliyyatlarında istifadə olunurdu. İndiki zamanda onun tətbiq sahəsi xeyli genişlənmişdir. Atomlaşmış su tozunun (aerozolun) lazer enerjisi ilə birləşməsi nəticəsində əldə edilən hidrokinetik enerji prinsipi ilə işləyən yeni diş lazeri qurğusu ilə həm sərt (diş minası, dentin, sümük), həm də yumşaq toxumalarda (diş əti, selikili qişa) müxtəlif müdaxilələr aparmaq mümkündür. Bunlardan aşağıdakı manipulyasiyaları qeyd etmək olar: dişlərin təmizlənməsi və ağardılması, həssas dişlərin həssaslığının aradan qaldırılması, dişlərin karioz törəmələrdən təmizlənməsi, dişlərin kök kanallarında müxtəlif prosedurlar, tünd rəngli diş ətlərinin rənginin açılması, diş ətinin şəkilləndirilməsi, uçuqlamaların və aftaların müalicəsi, çənə sümüyündə və diş ətində hər növ cərrahi əməliyyatlar və s. 
Son zamanlar lazer texnologiyası dental implantologiya sahəsində tətbiq olunmağa başlamışdır. Bunun sayəsində implantoloji müdaxilələrlə bağlı cərrahi əməliyyatlar sadələşmiş və onları daha qısa müddətdə həyata keçirtmək mümkün olmuşdur. 
Lazer qurğusu ilə işlədikdə titrəmələr baş vermir və bunun sayəsində sərt və yumşaq toxumalarda aparılan kiçik müdaxilələrdə anesteziyaya ehtiyac olmur. Bu səbəbdən, diş həkimindən qorxan hər yaş qrupunda olan xəstələr üçün laserlə müalicə çox münasib ola bilər. Bundan əlavə, yumşaq toxumalarda qansız müdaxilələr aparmaq mümkün olur və onların sağalması çox sürətlə gedir.

Keramik laminat vinir hazırlığında diş səthini mükəmməl hazırlaya bilir.
Lazer stomatologiyası sayəsində müalicə müddətini qısaltmaq, daha az səy ilə daha müvəffəqiyyətli nəticələr əldə etmək mümkün olur.

Xalq arasında “lazer” plomb deyilən, kompozit restavrasiyaların bir işıq mənbəyi ilə sərtləşdirilməsi prosedurası lazer tətbiqləri ilə qarışdırılmamalıdır.

 

 

 

Lazer Tətbiqinin Üstünlükləri və İstifadə Sahələri

  • Yeni nəsil stomatoloji lazer ilə dişə və digər toxumalara təmas etmədən işləmək mümkündür. Bunun sayəsində, ağrıya səbəb ola bilən titrəmə, sürtünmə və istilik yaranmır və buna görə də dişi ağrısızlaşdırmağa gərək qalmır. Lazer şüası, cihazın ucundan çıxan suyla birləşərək (hidrokinetik enerji) toxumalara çatdırılır.

     

     

  • İmplantatlarla müalicənin protezləmə mərhələsində implantatın üstünün cərrahı yolla açılması (ikinci cərrahi etap) lazerlə daha asan, səliqəli və qısa zamanda həyata keçirilə bilir.
  • Lazer istifadə olunan bölgələrdə 100 % dezinfeksiya və sterilizasiya təmin edildiyi üçün infeksiyalaşma riski olmur.
  • Lazer ilə aparılan cərrahı müdaxilələrdə əməliyyat zamanı qanaxma demək olar ki olmur. Əlavə olaraq, adətən hər bir cərrahi müdaxilədən sonra yaranan şişkinlik, narahatlıq və fəsad ehtimalları azalır və sağalma müddəti qısalır.

     

  • Lazerlə aparılan diş ağartma əməliyyatları çox qısa müddət ərzində həyata keçirilir və daha effektiv olur.
  • Diş ətlərində genetik olaraq həddindən artıq dərəcədə bənövşəyi rənglənmə (hiperpigmentasiya) olan xəstələrdə 3 və ya 4 seansa lazer ilə soyma (peeling) əməliyyatı apararaq, bu problemi ortadan qaldırmaq mümkün olur.
  • Lazer diş ətinin və yumşaq toxumaların patoloji dəyişikliklərinin (yaralar, törəmələr) müalicəsində də istifadə edilir.  Ağız içində yaranan fibromalar (toxumalardakı zərərsiz patoloji törəmələr) lazer ilə çox asan ortadan qaldırılır.
  • Estetik stomatologiyada keramik laminatlar, empress qapaqlar  və sirkonium qapaqların  fiksasiyasından (sementlənməsindən) əvvəl diş səthini lazerlə aşındırmaqla onların fiksasiyası xeyli güclənir.

Stomatologiyada lazerin istifadəsinə dair ümumi məlumat
Lazerin növü istifadə edilən kristala görə adlanır. Lazer cihazında istifadə edilən bu kristallar lazerin dalğa uzunluğunu təyin edir. 
Stomatologiyada əsas istifadə edilən lazerlər sıra ilə Nd YAG lazer , Diod lazer. Erbium lazer, CO2 lazer və KTP lazer olaraq sıralana bilər. İstifadə sahələri lazerin dalğa uzunluğuna görə dəyişməkdədir.
 
Nd YAG lazerlər
Stomatologiyada ən müvəffəqiyyətli lazer Nd YAG lazeridir. Daha çox sterilizasiya məqsədi ilə istifadə edilən bu lazer kök kanallarının müalicəsində (məsələn, kanalların sterilizasiyasında ) və diş ətinin müalicəsində istifadə edilir. Sağalması olduqca çətin olan absesler, infeksiyalı kanallar və diş əti xəstəlikləri Nd YAG lazer vasitəsilə effektiv müalicə olunurlar. Nd YAG lazerin iş prinsipi: Bu lazerin təsir məsafəsi təxminən 1 mm olduğu üçün, o yalnız diş və içindəki toxumalara təsir etdir, ancaq ətraf toxumalara heç bir mənfi təsiri yoxdur.  
Bu lazerin ən böyük mənfi xüsusiyyəti - olduqca yüksək olan xərcidir. Bu səbəbdən, təəssüf ki, o hər stomatoloji klinikada olmur.  
 
Diod lazer
Bu lazerin işi Nd YAG lazerinkinə bənzəyir, ancaq burda lazer kristalı yerinə diod lampası olur və buna görə də xərci Nd YAG lazerə nisbətən daha aşağıdır. Bu səbəbdən, bu tip lazer stomatoloji klinikalarda nisbətən daha məşhurdur. Toxuma içində 0.5 mm-ə kimi (Nd YAG lazerin yarısı qədər) təsir məsafəsi vardır. Mənfi xüsusiyyəti odur ki, istifadə zamanı yüksək istilik əmələ gəlir və buna görə də toxumalar zədələnə bilərlər. Bu tip lazeri istifadə edərkən diqqətli və ehtiyyatlı olmaq lazımdır.


 Erbium Lazer 
Bu tip lazerdə erbium kristalı vardır. Bu lazerlə dişlərin çürüklərini ağrısız (iynəsiz) təmizləmək mümkün olur. Çürük diş toxumasının rənginin lazer tərəfindən seçilməsi üçün “ablation“ deyilən rejim tətbiq olunur və bunun sayəsində diş boşluğu preparasiya olunarkən yalnız çürük toxumalara təsir olunur, sağlam toxumalara isə təsir minimal olur. Dişdə olan köhnə restavrasiyalarada (“plomblar”) həmçinin təsir olunmur. Xəstə üçün yüksək dərəcədə rahatlıq təmin edir.

CO2 lazer 
Əsasən cərrahi əməliyyatlarda toxumanı kəsmək məqsədi ilə istifadə olunur. Ancaq cərrah tərəfindən tətbiq olunarkən ehtiyyatla və diqqətlə istifadə olunmalıdır. Bu tip lazerin etdiyi kəsiklərin yaxşılaşması olduqca ləng gedir. Kəsik səthlərində karbonizasiya deyilən bir proses baş verir. Mütəxəssis tərəfindən istifadə edilməlidir.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: [email protected] www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı