РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Diş apsesi

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

Apse, Abse, Diş Absesi, Diş iltihabı

Apses Nədir?
Bəzi insanlar diş çürüməsini  ciddi bir sağlamlıq problemi olaraq görməzlər. Ancaq, zamanında və doğru şəkildə müdaxilə edilmədiyində, daha çox problem  yaradan bir xəstəliyə yol aça bilər. Çürümə, bakteriyanın, dişin özünə nüfuz etməsinə  yol açar. İnfeksiya kökə və ətraf sümüyə yayılar. Bu abses olaraq bilinir. Əgər infeksiya sümüyə çatsa, diş itirilə bilər. İnfeksiyalı diş kökü və şişmiş toxuma ağrıya  səbəb ola bilər. Əgər kök ölsə, ağrı yox olacaq, ancaq yavaş-yavaşda  bitişik sümüyə zərər verəcək. İnfeksiyanın bir hissəsi olaraq yaranan irin, çənə boyunca bir kanalı aşındıra bilər və diş əti üzərində bir şişmə ya da içi irinlə dolu bir dəri şişməsinə yol aça bilər.

Diş Apsesi, iltihap, Abse, apse

Apses əlamətləri 
·    Dişdə davamlı ya da döyünmə şəklində ağrı; 
·    İsti ya da soyuq yemək və içkilərə qarşı həssaslıq; 
·    Toxunma zamanı ağrı; 
·    Boyunda şişmiş linfa düyünləri 
·    Tempratur və ümumi halsızlıq. 


Apses Diaqnozu
Əgər dişinizdə davamlı və döyünmə tərzində bir ağrı varsa, toxunarkən ağrı , isti ya da soyuq yemək və içkilərə qarşı həssassınızsa abseli bir dişiniz ola bilər. Yüngül tempratur, boyunda şişmiş linfa düyünləri ola bilər və ümumiyyətlə özünüzü yaxşı hiss etməzsiniz. 
Sızıldayan dişin yanındakı diş əti üzərində  yaranan şişmə bir nöqtədə partlaya bilər və partlayarkən ağızınızda pis dad və qoxu buraxan sıx bir maye çıxara bilər. Eyni anda, ağrı böyük bir ehtimalla keçəcək. Əgər bu simptomlardan hər hansı birini yaşasanız, dərhal diş həkiminizə müraciət  edin. Diş həkiminiz dişinizi müayinə edər və nə edilməsi lazım olduğuna qərar verər.


Absesin Müalicəsi
Diş həkiminizə getmədən əvvəl, aspirin ya da başqa bir ağrı kəsici qəbul edə bilərsiniz. Tək, aspirini doğrudan dişinizin ya da ətraf toxunun üzərinə tətbiqin. Ağızınızı saat başı ilıq, duzlu suyla çalxalamaq sakitləşdirici ola bilər ancaq müalicə edici deyil. 
Keçmişdə, apseli bir dişə edilən tək müalicə, dişin çəkilməsi idi Müəyyən şərtlər altında diş çəkilişi yenə də uyğun ola bilər. Ancaq, indiki vaxtda diş həkimləri ümumiyyətlə apseli dişləri yaxşılaşdırmaqdadırlar. 
İlk addım olaraq, diş həkiminiz böyük bir ehtimalla infeksiyas(n)ı aradan qaldırmaq üçün bir antibiotik müalicəsi tətbiq edəcək. beləcə infeksiyanın bədəninizin digər hissələrinə yayılmasını önləyəcək. Rahatlamanız üçün ayrıca reseptə ağrı aradan qaldırıcı dərmanlayar yaza bilər. 
Dişinizi qurtarmaq üçün diş həkiminiz, o bölgəni keyidə bilər və daha sonra o dişin diş özü yuvasına bir dəlik aça bilər. Bu təzyiqi azaldacaq. Diş özü yuvası təmizlənər, dezinfeksiya edilər və hərəkət etməyəcək şəkildə bir maddəylə doldurular. Apseli diş təmizləndikdən sonra əgər şişmə davam edirsə, diş həkiminiz aktinomikoz adı verilən bir xəstəlik olub olmadığını anlamaq üçün xüsusi bir mədəniyyət etməyi istəyə bilər.


Bir sonrakı adım/addımda diş həkimi diş içinə keçici bir plomb qoyacaq. İnfeksiya təmizləndikdən sonra 
Diş həkimi böyük bir ehtimalla sizi bir neçə ay içində təkrar görmək istəyəcək. Təkrar gördüyündə isə apsenin buraxdığı boşluqda sümük və toxunun böyüyüb böyümədiyini təyin etmək üçün dişin rentgeni çəkiləcək. Əgər boşluq sağlam görünürsə, müalicə bitər. İnfeksiya davam etsə, əlavə müalicələr lazımlıdır və diş həkimi sizi xəstəlikli toxunun (zaman zaman kökün ucunu da ehtiva edən bir kiçik qisim) ortadan qaldırılması üçün əməliyyat edəcək olan bir mütəxəssisə göndərə bilər.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: [email protected] www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı