Xəstələrimizdən xəstələrimizə ya da klinika personalımıza hər hansı bir yoluxucu xəstəlik keçməməsi üçün xüsusi çalışırıq.İllərdir pis və steril olmayan şəraitlərdə edilən diş müalicələri bir çox yoluxucu xəstəliyin yayılmasına səbəb olmaqda idi.Amma inkişaf edən texnologiya xüsusilə aftoklavların və tək istifadəlik vəsaitlərin yayılması bu problemi əbədi olaraq həll etdi. Biz də klinikamızda, ağızınızda istifadə etdiyimiz bütün vəsaitləri ya aftoklavla steril edir ya da istifadə etdikdən sonra məhv edirik.
Müasir sterilizasiya texnikası
İlk mərhələdə, istifadə edilən bütün metal əl alətləri, frezlər və kanal alətləri istifadə edildikdən sonra üzərlərində qan və plomba artığı qalmaması üçün ultrasonik təmizləyiciyə yerləşdirilir. Ultrasonik dalğalarla artıqlardan təmizlənən əl alətləri xüsusi bir qab içərisində dezinfeksiyaedici mayedə gözlədilir. Alətlər mayedən çıxarılıb yuyucuyla yuyulduqdan sonra qurulanır və paketləmə maşınında xəstəyə xüsusi istifadə edilmək üçün qablaşdırılır. Daha sonra B sinifi aftoklav içərisində 135 dərəcədə sterilizasiya olunur. Bu əməliyyat sonunda HIV və Hepatit mikroorqanizmləri də daxil olmaqla bütün bakteriya və mikroorqanizmlərdən təmizlənən alətlər, yanıınızda paketi açılana qədər steril və qablı şəkildə saxlanılır.
Bir dəfə istifadəlik alətlər
Klinikamızda aftoklava girməyən bütün digər alətlər istifadə edilib atılandır. Sizə xüsusi qabından çıxarılar, müalicənizdən sonra zibilə atılarlar. Plastik stəkanlar, tüpürcək əmicinin ucları, şprislər, başlıq örtüsü, alət nimçə örtüsü, xəstə önlükləri, əlcəklər, kamera və dijital rentgen örtükləri və s.həmişə tək istifadəlikdir və istifadədən sonra zibilə tullanılır.
Qoruyucu geyimlər
Maska, eynək, əlcək və önlüklər isə özümüzü qorumaq üçün istifadə etdiyimiz qoruyucu paltarlardır.
Səth təmizliyi
Müalicəniz tamamlandıqdan sonra yerindən çxarılamayan əşyalar (diş kreslosu, rentgen cihazı, reflektor qolu, dəzgah üzərləri kimi) qısa müddətdə təsir göstərən yüksək konsentrasiyada dezenfeksiya edici spreylər vasitəsiylə təmizlənər və silinər.
Universal Precaution tədbirlərinə görə bədənin hər hansı bölgəsindən çıxan bütün mayelər potensial infeksiya qaynağıdır.
Universal Precaution tədbirləri bunları əhatə edir :
· Hər müalicədən əvvəl və sonra əllərin yuyulması.
· Hər müalicədə əlcək taxmaq və bu əlcəkləri zibilə atmaq.
· Müalicə əsnasında maska lazım olsa qoruyucu eynək taxmaq.
· Əgər müalicə qan və ya həddindən artıq dərəcədə tüpürcək ifraz edirsə qoruyucu önlük geymək.
· Hər istifadədən sonra sterilizasya və dezenfeksiya
· Klinikanın və səthlərin təmizlik sterilizasyası.
· Kontamine əşyaların yox edilməsi.
Sterilizasya bizim üçün vacib olduğu qədər sizin üçün də çox əhəmiyyətlidir.Maraqlandığınız bir mövzuda bizə məsləhətləşməkdən çəkinməyin.