Tütünün ən böyük zərərlərindən biri ağız xərçəngidir.Ümumilikdə ağız xərçənglərinin %75'ində siqaret və alkoqol alışqanlığı olduğu müəyyən olunmuşdur. Siqaret istifadəsini dayandıran insanlarda ağız xərçəngi risqi önəmli dərəcədə azalır. 10 il sonra heç siqaretdən istifadə etməyənlərlə eyniləşir.
Ağız xərçənginin aşkarlanması
ağızda və boyunda ağrısız, alışılmayan şişlik, yumru və şişkinlik yaranması
ağız içində qırmızı və ağ rəngdə sahələr
Ağız və ya boğazdan gələn təkrar edən qanamalar
Çeynəmə və udma aktındakı çətinlik.
Düzənli olaraq diş kontrolu etdirməniz erkən diaqnoz üçün çox önəmlidir. Anormal bir toxuma dəyişikliyi varsa biopsiya olunmalıdır. Əgər ağız içində anormal bir toxuma dəyişikliyi varsa mütləq həkimə müraciət olunmalıdır.
Ağız xərçəngini necə müəyyən edərsiniz? Aşağıdakı halllarda risk altındasınız:
siqaret və tütün istifadəsi
həddən artıq spirt istifadəsi
uzun müddət günəş şüası təsirinə məruz qalmaq
dodaq dişləmə, yanaq çeynəmə vərdişi
düzgün hazırlanmamış protezler
Bəzi erkən işarətlər:
üz, boyun və ağızda 2 həftə içində keçməyən ağrılar, keyləşmiş nahiyyələr
dodaq, diş əti və ya digər ağız bölgələrində yaranan şişlik, yumru və ya qabarcıqlar
beyaz, kırmızı veya koyu renkli alanların oluşması
ağız içində təkrar edən qanamalar
7 ASAN ADDIMDA XƏRÇƏNG TESTİ:
BAŞ-BOYUN güzgüdə başınıza və boynunuza baxın. Üzün solu və sağı eyni şəklə sahib olmalıdır. Üzünüzün sadəcə bir tərəfində yaranan qabarcık ya da yumru olub olmadığını yoxlayın.
ÜZ dəriinizi kontrol edin. Rəng, şəkil dəyişikliyi, yeni xal əmələ gəlməsi ya da ağrılı sahələr varmı?
BOYUN yan və ön kənarları barmaqla yoxlayın. Həssas bir sahə hiss edirsinizmi?
DODAQ alt dodağınızı çölə - aşağı hərəkət etdirdiyinizdə hər hansı bir rəng dəyişikliyi ya da ağrılı bir sahə hiss edirsinizmi? Alt dodağınızı barmağınızla yoxlayın, təkrar kontrol edin. eyni şeyi üst dodaq üçün də təkrarlayın.
YANAQ yanaqların içəri hissəsində ağ, qırmızı, tünd rəngli ləkələr varmı? İşarət və baş barmağınızla yoxlayaraq şişlik və ya ağrılı bir sahə olub olmadığını kontrol edə bilərsiniz.
DAMAQ damağınızı görməyə çalışın. Şişlik, həssaslıq, rəng dəyişikliyi varmı?
DİL dilinizi çölə çıxarıb rəng və üst hissəsinin quruluşunu kontrol edin. Sağına, soluna, üstünə və altına baxın.