Bu texnikada dişlərinizin nizamlı və estetik görünə bilməsi üçün çox kiçik aşındırmalarla şəkilləndirmə edilir.Bu aşındırmalar mina səviyyəsində (dişin ən üst qatı) və xüsusi frezlərlə edildiyi üçün dişlərdə bir həssaslıq meydana gəlməz.
Kosmetik tənzimləmə ilə oval görünüşlü dişləri bir az daha düz, girintili çıxıntılı diş kənarlarını daha estetik göstərilə bilər. Estetik şəkilləndirmə sərt və yumşaq toxumalarda edilə bilir:
Yumşaq Toxumalarda: Gülümsəmə vəziyyətində diş ətinin istənməyən şəkildə göründüyü,diş boylarının simmetrik olmadığı ya da dişlərin çox kiçik olduğu vəziyyətlərdə yumşaq toxumalara diş əti şəkilləndirmə əməliyyatı tətbiq oluna bilər. Lazerlə edilən kiçik bir müdaxilədən bir həftə sonra istənilən estetik tətbiq edilə bilər.
Sərt Toxumalarda: Kosmetik şəkilləndirmə, təbii dişlərdəki kiçik nizamsızlıqların, şəkil dəyişikliklərinin yüngül aşındırmalarla düzəldilməsi əməliyyatıdır. Tək seansda, anesteziyaya ehtiyac duymadan tətbiq oluna bilər. Bu metod pulpa genişliyindən ötəri uşaqlarda və gənc yetkinlərdə çox da tətbiq edilməz .