РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq


Daha əvvəllər yalnız bəzi  ölkələrə və ya bölgələrə xas qəbul edilən xəstəliklər, artıq bütün dünyada asanlıqla yayıla bilir. Dünyada Aids kimi xəstəliklərin yayılması; bir çox sahədə olduğu kimi, diş həkimliyində də müasir infeksiya idarələrini zəruri etdi. Əhəmiyyətli olan, diş müalicəsi əsnasında daha əvvəldən sizdə olmayan bir mikrob və ya xəstəliyin sizə yoluxmamasıdır. Bütün bu səbəblərlə; müayinəxanalarda və klinikalarda infeksiya nəzrətinə maksimum dərəcədə diqqət yetirilməlidir.

Aftoklav İstifadəsi
Aftoklavlar həcmləri 18-76 litr arasında dəyişən, içinə qoyulan tibbi ləvazimatları sterilizə etmək üçün təzyiqli buxar tətbiq edən cihazlardır. Diş həkimliyində quru hava sterilizatoru istifadə edən klinikalarda sterilizasiyada müvəffəqiyyətsizlik nisbəti 60% olaraq müəyyən edilmişdir. Aftoklav istifadə edilən klinikalarda sterilizasya baxımından bir müvəffəqiyyətsizliklə qarşılaşılmamışdır. Tək başına istilik və ya tək başına təzyiq, sterilizasya üçün kafi ola bilməz. Diqqət yetirilməsi lazım olan qayda; istilik və təzyiqin eyni anda müəyyən bir müddət tətbiq olunmasıdır. Ancaq bu şəkildə bakteriyaların hərəkət formalarını yox etmək mümkündür.
Klinikmızda  quru hava sterilizatoru və aftoklav birlikdə istifadə edilərək sterilizasya əməliyyatı optimizə edilməkdədir.

İnfeksiya idarəsi üçün bəzi tədbirlər:

Xəstə Önlüyü:
Xəstə önlüyü, müalicə əsnasında paltarlarınıza qan və tüpürcək vasitəsilə bakteriyaların keçməsinin qarşısını alır. Hər xəstə üçün tək istifadəlikdir.

Müayinə əlcəyi, maska, qoruyucu eynək istifadəsi: 
Qan, tüpürcək, tənəffüs, və təmasla həkim-xəstə arasında keçə biləcək mikroblardan həm xəstəni həm də həkim və köməkçi personalı qoruyur.

Ayaqqabılar üçün Galoş istifadəsi:
Küçələrə zibil atma və tüpürülmə nisbətini düşündüyünüzdə, sizin və ya bir yaxınınızın müalicə olacağı mühitə mikrob daşımaq istəməyəcəyinizi təxmin edirik. Bu səbəblə galoş istifadə edilməlidir.Klinikamızdakı personal isə yalnız müayinəxana mühitində istifadə etdikləri ayaqqabıları istifadə edərlər.

İstiliklə Sterilizasya: 
Müalicələrdə istifadə etdiyimiz bir çox alət (hər istifadəsindən dərhal sonra) yüksək istilik köməyiylə sterilizə edilir. Steril olmayan cihazlar klinikamızda qətiliklə istifadə edilmir. Ümumiyyətlə bu əməliyyat iki cihaz istifadə edilərək edilməkdədir. Yüksək istilik verən Sterilizator (Quru Hava Sterilizatoru) deyilən cihaz yaxşı sterilizasiya təmin etməsinə baxmayaraq, uzun müddət yüksək istiliklə çalışması bəzi alətlərin quruluş və xüsusiyyətlərini pozar. Yəni Sterlizatora hər alət qoyula bilməz. Bu cür alətləri sterilize edə bilmək üçün, Aftoklav (Təzyiqli Hava Sterilizetoru) adı verilən ikinci bir cihaz daha istifadə edilməkdədir. Aftoklav ilə daha sürətli, daha çox və daha etibarlı sterilizasya təmin edildiyi bütün dünya tərəfindən bilinən bir reallıqdır.

Tək İstifadəlik (Disposible) Alətlər:
Klinikamızda xüsusi, tək istifadəlik şprislər istifadə edilməkdədir. Bu şprislərdə istifadə edilən iynələr, xəstələrin ağızlarını çalxaladıqları plastik stəkanlar,müalicə əsnasında ağızdakı qan və tüpürcəyi soran alət ucları başda olmaq üzrə irili-xırdalı bir çox ləvazimatlar tək bir xəstədə istifadə edilər və sonra da atılar.

Dizenfeksiyaedici spreylər və qarışımlar: 
Xəstə kresloları hər xəstədən sonra dizenfeksiyaedici spreylərlə təmizlənir, baş qoyulan qisimdəki qoruyucu örtü isə dəyişdirilir.Həm də xəstələrdə istifadə edilən alətlər isti hava sterilizatorundan, laboratoryadan gələn hər növ protez xəstə ağızına təmas etdirilmədən,xəstələrdən alınan ölçü və bu ölçülərdən əldə edilən gips modellər laboratoriyaya göndərilmədən əvvəl şübhəsiz dizenfeksiyaedici məhlullarda gözlədilir.

İstifadə edilən Vəsaitin Atılması: 
İstifadə edilən iynə ucları qırılıb bir şüşə içərisində toplanaraq, şüşə və plastik ləvazımatlar ayrı-ayrı paketlənərək, amalgam plomba artıqları (məzmunundakı civə buxarının mühitə yayılmasını maneə törətmək məqsədiylə) su içərisində ağzı bağlı şüşələrdə toplanaraq məhv edilir.

STERİLİZASYADA ƏMƏLİYYAT MƏRHƏLƏLƏRİ

A. Təmizləmə-nəzarət etmə.
B. Qablaşdırma-yükləmə.
C. Sterilizasya əməliyyatı.
D. Boşaltma.
E. Yığma-paylama.

A. Təmizləmə-Nəzarət etmə 
Əməliyyat mərhələlərində ilk sırada mütləq təsirli və qanunlara uyğun bir şəkildə edilmiş təmizlik gəlməkdədir. Yaxşı bir yumaqla mikroorqanizmlərin 95-97% nin ortadan qaldırıldığı bildirilmişdir. Təmizlik əl ilə və ya cihazlarla edilməkdədir.

B. Qablaşdırma-Yükləmə 
Sterilizə ediləcək ləvazimat istifadə anına qədər paket ilə qorunmalıdır.Paket kağızları seçilən sterilizasyaya üsuluyla uyğun olmalıdır. Tək istifadəlik qablaşdırma vəsaiti təkrar istifadə edilməməlidir. Paketlərin böyük olması kifayət qədər qurumağa maneə törədərək sterilizasyada problem meydana gətirə bilər.Sterilizasya prosesi sonunda nəmli çıxan paketlər steril qəbul edilməməli və istifadə edilməməlidir.

C. Sterilizasiya
Bakteriya sporları daxil olmaq üzrə mikroorqanizmlərin bütün canlı formalarının məhv edilməsi mümkündür.

D. Boşaltma 
Bütün pillələrə istənildiyində geri dönülməni təmin edər.Edilən işlərin və testlərin nəticələri,kimyəvi, bioloji və fiziki performans testləri yazılar.

E. Yığma-Paylama
Bütün vəsaitlər bağlı köçürmə vasitələrində daşınmalı,rəfli sistemlərə yerləşdirilməlidir.Kirlənməsindən şübhə edilənlər  isə təkrar sterilizə olunmalıdır. Yığma sahəsi sterilizasiya sahəsinin yaxınında olmalıdır. Gərəksiz təmasdan qaçınılmalı və istifadə əsnasında tarixinə diqqət yetirilməlidir.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı