РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Kanal Müalicəsi (Endodontiya)

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

estetik

Nə üçün kanal müalicəsi edilər?

Əvvəlcə bu bilinməlidir ki, təbii dişin yerini heç bir süni diş  tuta bilməz. Bu səbəbdən təbii dişlərimizi müalicə edərək son nöqtəyə qədər qorumalıyıq. Dişlərimizdən biri xəstələndiyində bilinən qoruma üsullarından biri də kanal müalicəsidir. Kanal müalicəsi ziyan görmüş dişlərin qorunmasında köməkçidir. Pulpa (sinir, qan, linfa damarlarını əhatə edən dişin içindəki yumşaq təbəqə), özünü təmir edə bilməyəcək dərəcədə ziyan gördüyündə pulpa ölər. Ümumiyyətlə buna qırıq dişlərdəki və ya dərin çürüklərdəki bakteriyalar səbəb olur. Bakteriyalar dişin özündə iltihaba gətirib çıxarar. Ziyan görmüş və ya xəstələnmiş pulpa çıxarılmazsa diş və ətrafındakı toxumalar infeksiyaya məruz qalar. Və sonunda dişinizi tamamilə itirə bilərsiniz.

Kanal müalicəsi nədir və necə tətbiq olunar?

Kanal müalicəsi pulpanın ziyan gördüyü vəziyyətlərdə tətbiq olunan bir müalicə şəklidir. Əvvəlki illərdə xəstələnmiş yumşaq diş təbəqəsiylə qarşılaşıldığında tək həll çəkiliş ikən, indiki vaxtda bu dişləri müalicə etmək mümkündür.

Kanal müalicəsi edilməzsə nə olar?

Dərin çürük  və çatlaq səbəbindən pulpanın özünü yaxşılaşdıra bilməyəcəyi vəziyyətlərdə diş canlılığını itirər, infeksiya bütün dişə yayıla bilər. Kanal müalicəsi edilməzsə infeksiya kök ucundakı toxumalara qədər çata bilər. Dişi  əhatə edən çənə sümüyü də iltihablanlanaraqaşınır. Meydana gələn bu boşluqda Abses meydana gələr. Bu vəziyyətə ağrı və şişlik də əlavə edilər və diş qısa zamanda itirilə bilər.

Kanal müalicəsinin mərhələləri;     

1. Əvvəlcə ağrısız bir müalicə olması üçün dişə anesteziya edilər. 
2. Daha sonra çürük təmizlənib, dişin özünə çatanacan xəstəlikli və yumşaq toxuma çıxarılar. Sinir və toxuma artıqları təmizlənər. 
3. Kök ucuna qədər diş kanalına şəkil verilər. Lazım olsa bəzi dərmanlar tətbiq olunaraq yaxşılaşma sürətləndirilə bilər.  
4. Seanslar arasında diş yaxşılaşana qədər keçici plomb maddələriylə dişin üzəri bağlanılar. İltihabın törəməsinin dayandığı aydın olduqdan və kök ucundan iltihab gəlməsi sona çatdıqdan sonra kanal içərisi xüsusi bir plomb maddəsiylə, kök ucuna qədər doldurular. 
5. Bəzi hadisələrdə bu seanslara heç ehtiyac olmayıb tək bir seansda da kanal müalicəsini sağlam bir şəkildə bitirmək mümkündür.

Kanal müalicəsi tətbiq olunmuş bir dişin ömürü nə qədərdir? 

Əgər dişdə təkrar infeksiya olmazsa və çürüməsinin qarşısını ala biləcək  tədbirlər görülərsə, ömür boyu bu plomb istifadə edilə bilər. Daimi  diş həkimi nəzarətində infeksiyanın başlamasını anlaya bilərsiniz.Həmçinin çox yaxşı bir ağız baxımı ilə də dişin təkrar çürüməsinin qarşısını almaq mümkündür.

estetik

Çürük və abses meydana gəlişi.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı