РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Gülüş Dizaynı (Smile Design)

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

Gülüş Tasarımı

Müasir cəmiyyətlərdəinsanlar dişlərinin görünüşünə əhəmiyyət verirlər, belə ki dişlərdəki rəng və formadəyişiklikləri  fərddə psixoloji narahatlıqlara qədər çatan problemlərə səbəb ola bilər. Diş həkimliyində estetik və restoratif maddələrin inkişafıyla bir çox forma  və rəng dəyişiklikləri  rahatlıqla təhlil edilə bilməkdədir. Gülüş Dizaynı  burada çox əhəmiyyətli bir funksiyanı  boynuna götürməkdədir 
. 
Gülüş Dizaynı Nədir?
Gülüş dizaynı, həkimlik və sənətin birlikdə tətbiq olunaraq, sizə xüsusi ideal gülşünüzü yeniləməkdir. Sizin bəzi fərdi istəkləriniz ilə sağlamlıq və təbiiliyi də birləşdirərək sağlam bir gülüşü planlamaqdır.
. 
Gülüş Dizaynına Haradan Başlanır?
Sizə yaraşan estetik gülüş ifadəsini təyin edərkən digər faktorlar:
·    Üz Xəttləriniz 
·    Cinsiyyətiniz 
·    Yaşınız 
·    Gülüş simmetriyası 
·    Dişlərinizin sıralanması və rəngləri 
·    Dodaqlarınız 
·    Dişətləriniz 
Gülüş dizaynına əvvəlcə üz xəttinizin hansı həndəsi şəklə uyğun gəldiyi təsbit edilərək başlanır. Aşağıda müəyyən üz şəkilləri və bunlara uyğun diş formaları görülməkdədir:

 

Kişi və qadın anatomiyası bir-birindən fərqlidir. Kişilərdə üz xəttləri daha iti və diqqətə çarpandır. Alın, burun, çənə ucu nisbəti qadın üzüylə fərqliliklər göstərir. Qadınlarda keçişlər daha yumşaq burun və qaş kəmərləri daha itidir. Dişlərdə də eyni paralellik vardır. 

Qadınlarda:  
·    Dişlərin küncləri daha yumşaq dönər, 
·    Gülmə xətti yuxarı doğru qövslüdür, 
·    Ortadakı iki diş yandakı dişlərdən bir az daha uzundur, 
·    Qonşu dişlərin küncləri arasında kiçik aralıqlar vardır. 


Kişilərdə : 
·    Qonşu dişlər daha düz bir xəttə birləşərlər, 
·    Dişlərin xəttləri daha diqqətə çarpandır, 
·    Gülmə xətti daha düzdür.  


Neçə növ gülüş ifadəsi vardır?
Ümumiyyətlə gülüş ifadələri üç əsas formadadır. Bu təməl kateqoriyalar da öz içlərisndə dəyişikdir.

1-Çəkici Gülüş (Sexy Smile)
Bu kateqoriyada ön dişlər yan dişlərə hiss olunacaq dərəcədə uzundurlar. Əslində gənc fərdlərdə vəziyyət onsuz da belədir, ön kəsicilər ilk sürtülən dişlər olduğundan zamanla köhnələrlər və boyları qısalar. Bu da bərabərində yaşlı bir görünüş gətirər. Cazibədar bir gülümsəməyə sahib ola bilməniz üçün ön dişlər digərlərinə nisbətdə daha uzun olmalıdır. Ön dişlərin bu şəkildə dizaynı sizə gənc, dinamik və cazibədar bir gülümsəmə qazandıracaq. Bu kateqoriya gənc yaşdakı fərdlər üçün uyğundur. 

2-İntellektual gülüş (Sophisticated Smile)
Dişlər üfüqi düz bir xətt üzərində sıralanır. İntellektual gülümsəmə üzə yetkin və məlumatlı bir ifadə verər. Bu gülümsəmə üzün alt hissəsini daha çox vurğular. Gənc yaşlarda dişlər ilk sürtüldüyündə uzunluqları bir-birindən fərqlidir. Orta yaşlarda isə dişlər bərabər boylardadır. Estetik dişhekimliği sayəsində bu dezavantajlı vəziyyəti üstünlük halına gətirə bilər və yetkin, məlumatlı və intellektual bir gülüş dizaynı edə bilərik.

3-Sportif Gülümsəmə (Sporty Smile)
İntellektual və Cazibədar gülüş arasındadır. Orta kəsici dişlər yan kəsicilərdən çox az miqdarda uzundur. İdman gülümsəmə dizaynı, üzünüzə fövqəlada, içdən və isti bir ifadə qazandırar, Bu gülümsəmə intellektual gülümsəmə qədər ciddi ifadəli deyil, cazibədar gülüş dizaynı qədər də uşaqsayağı və gənc deyil.

Gülüş dizaynı kriterilər 
Bu kriterilər bu başlıqlar altında toplanabilirlər:


Üfüqi Xəttləmə 
İdeal bir gülümsəmədə çox vaxt, gözlər arasından keçən xətt ilə dişlərin ortasından keçən xətt bir-birinə paraleldir.

 

 

Simmetriya 
Ön kəsici dişlərin şəkil və ölçülərindəki uyğunlaşmazlıq asanca fərqinə varıldığı üçün simmetriya çox əhəmiyyətlidir. Bu baxımdan üz xəttlərinin imkan verdiyi ölçüdə simmetriyanın təmin edilməsi gülüşə artıqdan bir cazibədarlıq qatar.

 

 

Gülüş Xətti 
Ön dişlərin kəsici uclarını birləşdirəcək şəkildə çəkilən əyri alt dodağın əyriliyi ilə eyni olmalıdır. Bu xəttlərdəki uyğunlaşma nə qədər təmin edilsə şəxs gənc və cazibədar bir gülüşə sahib olacaq.

 

 

Dişəti Xətti 
Gülümsədiyinizdə görünən dişəti xətti, üst dodaq xəttinə paralel olmalıdır. Dişeti xətti, eynilə gözəl bir cədvəli çevrələyən çərçivə kimidir. Gülüşünə məna qatar.

 

 

Gülüş Genişliyi 
Estetik bir gülüş üçün gülümsəmə xətti içində arxadakı dişlərində müəyyən nisbətlərdə görünməsi təmin edilməlidir. Bu təmin edilməzsə ağız künclərindəki qaranlıq sahələr xoş bir görünüş meydana gətirməz.

 

 

Embraşurlar 
Embraşur deyə adlandırılan sahələr, dişlərin ucları arasındakı təbii və üçgənimsi boşluqlardır. Estetik və ideal bir gülüş üçün, embraşurların ölçüləri ön dişlərdən arxa dişlərə doğru artmalıdır.

 

 



Qızıl Nisbətlər 
Görünən bölgədəki üst kəsici dişlərin genişlik və yüksəklikləri sırasıyla, üzün genişlik və yüksəkliyinin 1/16-i olmalıdır. Ayrıca, təbiətdəki bir sıra həndəsi şəkillər arasındakı phi (φ=1.618...) sayı olaraq bilinən nisbət vardır. Estetik bir gülümsəmə üçün dişlər də bu qaydaya uyğun gəlməlidir. Məsələn ön kəsici dişlər ilə yan kəsici dişlərin genişlikləri arasındakı nisbət (1.618/1=1.618... =phi sayı),  köpək dişləri ilə yan kəsərlərin genişlikləri arasındakı nisbət də (0.618/1 = 0.618 bu da phi sayının bir  hissəsindən əldə edilən nəticəyə və ya phi sayından 1 çıxarılınca əldə ediləcək ədədə bərabərdir. 1/phi = phi-1)

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı