РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Dişəti xəstəlikləri

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

Diş Eti Çekilmesi Hastalığı ve Tedavisi, Periodontoloji
Dişlər düzgün təmizlənmədiyində, üstlərində və aralarında yığılan qida artıqları, bakteriyalar əmələ gəlir. Bakteriya ərpi dediyimiz bu yumşaq yığıntı, diş çürüklərinin və dişəti iltihabının başlıca səbəbi olub, zamanla ağız suyunun bunlarla birləşməsi nəticəsində diş daşlarını əmələ gəlir. 
Bakteriyal ərpin içində əmələ gələn mikroorqanizmalar, şəkərli qidaları parçalayaraq turşu əmələ gətirirlər. Və bu turşu, dişin kiçik bir hissəsindən başlayaraq daha da böyüyərək dişi çürüdür. İrəliləmiş problemlərdə dişin çəkilməsi məcburi ola bilər. 
Dişəti iltihabının ilk simptomu dişətindəki qanamalardır. Dişətlərində rəng, forma problemləri və ağız qoxusu əmələ gəlir. Dişəti iltihabının səbəb olduğu diş itkiləri, çürüklərin səbəb olduğu diş itkilərindən daha çoxdur. Əvvəla bunu vurğulamaq lazımdir ki, sağlam dişəti açıq qırmızı rəngdədir. Dişə və sümüyə möhkəm yapışmışdır, portağal qabığına oxşar parlaq – girintili-çıxıntılı bir görünüşü vardır. 


Diş əti xəstəliklərinin simptomları :

 

  • Diş əti xəstəliklərinin ilk və ən əhəmiyyətli simptomu dişəti qanamasıdır. Sağlam dişəti qanamaz
  • Diş ətlərində şişmələr, qızarmalar olursa,
  • Diş ətlərində çəkilmələr və açığa çıxan kök səthlərində  həssaslıqlar olursa,
  • Dişəti kənarlarında və ya dişlər arasında, diş daşlarına bağlı olaraq əmələ gələn qara ləkələr görünürsə,
  • Diş ilə dişəti arasından iltihab axırsa,
  • Dişlərdə laxlamalar, uzanmalar və dişlər arasında açılmalar olursa,
  • Ağızda daimi bir pis qoxu və pis dad hissi var isə,  

Çox geçikmədən bir diş həkiminə muraciət edip müayinə olmaq lazımdır.

Nələr dişəti xəstəliklərinə səbəb olur?
Dişəti xəstəliyinin əsas səbəbi bakteriya ərpi deyilən dişə möhkəmcə yapışan, yapışqan şəffaf bir təbəqədir. Dırnağınızla dişinizin üzərinə sürtərək ərpi hiss edə bilərsiniz. Ərpin bir milliqramında 200 ilə 500 milyon arasında bakteriya tapılır. Bunun yanında aşağıdakı faktorlar da dişəti sağlamlığınıza təsir etməkdədir.
·      GENETİK FAKTORLAR. Edilən araşdırmalara görə %30 nisbətində genetik bir uyğunluq vardır. Ayrıca ağız baxımının pis olması ilə dişəti xəstəliyinin inkişaf ehtimalı 6 qat daha artar. Ailədə dişəti problemi olan bir adam var isə mütləq bir dişəti mütəxəssisində siz də müayinə olunun. 
·      SİQARET. Hamımızın bildiyi kimi siqaret xərçəng, ağciyər, ürək xəstəlikləri kimi bir çox əhəmiyyətli narahatlıqlara səbəb olar. Bütün bunların xaricində ağız içi mukozası və dişətləri üçün də çox zərərlidir. Dişətlərinin yumşalmasına və dişəti xəstəliklərinin inkişafına səbəb olar. 
·      DƏRMAN İSTİFADƏSİ. Doğum idarə həbləri, anti-depresantlar, ürək dərmanları ağız sağlamlığınıza təsir edər. Buna görə bu dərmanlardan birini istifadə edirsinizsə  diş həkiminizin xəbəri olmalı və ağız gigiyenanıza ayrıca əhəmiyyət verin. 
·      HORMONAL DƏYİŞİKLİKLƏR. Hamiləlik, menapauza, mensturasiya kimi hormonal dəyişikliklərin sıx olduğu dövrlərdə ağız gigiyenanıza ayrıca diqqət göstərməniz lazımdır. Diş ətləriniz bu dövrlərdə daha həssas olar. Diş əti xəstəliyinə meyillik artar. 
·      STRESS. Hipertoniya, xərçəng kimi bir çox narahatlığın səbəblərindən biri olmasının yanında dişəti xəstəlikləri də risk faktorlarındandır. Araşdırmalar göstərmişdir ki periodontal xəstəliklərdə daxil olmaq üzrə stress bədənin infeksiyayla mübarizəsini çətinləşdirməkdədir. 
·      DİŞ SIXMAQ VƏ YA GICIRDATMAK. Diş və dişəti arasındakı qüvvətin azalmasına səbəb olaraq periodontal toxumanın dağıtmasına səbəb olarlar. Diş ətlərindəki çəkilmənin bir səbəbi də diş sıxmaq. Mütləq gecə kappası geyinərək bu sıxılmanın dayandırılması lazımdır. 
·      PİS QİDALANMA. Bədənin, immun (immunitet) sisteminin zəifləməsinə və buna bağlı olaraq, diş əti infeksiyası da daxil olmaq üzrə infeksiyalarla mübarizəsinin çətinləşməsinə səbəb olar. 
·      DİABET-ŞƏKƏR XƏSTƏLİYİ Diabet xəstələri periodontal (diş əti) infeksiya baxımından yüksək risk qrupuna daxildir. Mütləq təkrarlanan diş əti problemini bir diş əti mütəxəssisinə (periodontolog) müraciət edərək ağız gigiyenalarına ayrıca diqqət göstərməlidirlər. 
·      PİS DÜZƏLDİLMİŞ QAPAQ, KÖRPÜ VƏ PLOMBLAR Dişətinə basan və daşqın edilmiş plomb dişətlərində problem meydana gətirər. 


Sağlam Diş və Diş ətləri

Diş ərpi təmizlənməzsə sərtləşər və dişdaşı  adlandırılan yığınaqlar meydana gələr. Ərpdəki bakteriyalar tərəfindən çıxarılan toksinlər (zərərli maddələr) dişətlərinə zərər verər. Periodontal xəstəlik inkişaf etdikcə ciblər daha da dərinləşər. Ərplər dişlərin ortaya çıxmış kök səthlərinə yapışar. Dişlərin sümük bağları yox olar və müalicə edilməyən dişlər yellənməyə başlar və sonunda çəkilər.

 
Diş əti xəstəliklərinə səbəb olan digər ünsürlər nələrdir?

Periodontal xəstəliklərin əsas səbəbi diş ərpi olmaqla bərabər, digər ünsürlər də dişətlərinizin möhkəmliyinə təsir edə bilər. 
Qidalanma forması və tütün istifadə etmə ağız möhkəmliyinizə təsir etməkdədir. Qidalandırıcı dəyəri aşağı bir diyet bədənin xəstəliklərə qarşı mübarizə gücünü azaltmaqdadır. Ayrıca, stress bədənin xəstəliklərdən qorunma qabiliyyətini təsir edə bilər. Leykoz, AIDS kimi bədənin müdafiə etmə sisteminə təsir edən xəstəliklər dişətlərinin vəziyyətini daha pis hala gətirə bilər. Nəzarət altında olmayan diabet kimi vəziyyətlərdə dişəti xəstəliyi ümumiyyətlə çox daha şiddətlidir və idarə altına alınması daha çətindir.
Hamiləlik sırasındakı hormon dəyişmələri, dişətlərinin daha qırmızı olmasına səbəb olar. Erkən mərhələlərində olan mövcud olan bir dişəti xəstəliyi xüsusilə hamiləlik  dövründə daha da şiddətlənə bilər. 
Agzınızdakı ən kiçik dəyişmələri dişhəkiminizə bildirin. 

Diş Eti iltihabı, periodontolog

 

Dişəti xəstəlikləri necə yoxlanılır?

Dişhəkimləri dişətlərinin ümumi görünüşündən şübhələndikləri zaman periodontal zond adı verilən bir alət ilə diş ilə dişəti arasındakı dişəti cibinin boyunu ölçərlər. Dişlərin ətrafındakı sümük toxumasını qiymətləndirmək üçün rentgen şəkillər alına bilər. 

Dişəti xəstəliklərindən necə qoruna bilər?

Periodontal xəstəliklərin qarşısının alınması mümkündür. Həyat boyu dişlərinizi ağızda tutmaq üçün diş ərplərini təmizlətmək, dişləri fırçalamaq və diş ipi istifadə etmək. 
Yuxarıda sayılanlara əlavə olaraq dişhəkiminə nizamlı getmək. Bir dişhəkimi tərəfindən ediləcək diş təmizliyi; sizlərin diş fırçası, diş ipi ilə təmizləyə bilmədiyiniz bölgələrdəki sərtləşmiş diş daşlarının uzaqlaşdırılmasını təmin edər. Diş daşlarının qaldırılmasına diş daşı təmizliyi adı verilməkdədir. Dişhekiminizin sizin xüsusi ehtiyaclarınıza görə fərdi bir ağız baxım planı edə bilər. Bu proqramla dişləriniz ilə dişətlərinizə zərər vermədən diş fırçalamayı və diş ipi istifadə etməni tətbiq edə bilərsiniz.
Müalicələrdən sonra periodontal xəstələr periodik olaraq yoxlanmalıdır
.

Periodontal Müalicələri Kimlər Edər?

Bütün dişhəkimləri periodontal xəstəlikləri təyin edib erkən dövrdəki dişəti xəstəliklərini müalicə edə bilərlər. Bəzi dişhəkimləri isə irəliləmiş periodontal xəstəlikləri müalicə edə biləcək əlavə məlumat təcrübəsinə və təcrübəyə sahib olmalı, bu mövzuda mütəxəssisləşməlidirlər. Bu məlumat təcrübəsinə sahib dişhəkimləri periodontoloq adlandırılır.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı