РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Körpü və Qapaq Nədir?

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

Qapaq: Çürük,qırıq və ya başqa bir səbəblə hədsiz maddə itkisi olan dişlərin kiçildilib bağlanılması prosesidir.

estetik

Körpü: Bir və ya birdən çox diş əksikliyində,qonşu dişlərin kiçildilib onlara uyğun gələn xüsusi bağlamalardan kömək alaraq ara boşluqlarının doldurulması prosesidir.


estetik


Hər hansı bir səbəblə  diş itkisi meydana gəldiyində qonşu dişlər də bu boşluğa doğru hərəkət etməyə başlayar. Bunun nəticəsində yandakı dişlərdə diş əti problemləri  və bu boşluqda hərəkətlə bağlı sümük itkisi,estetik görünüşdə pozulma və çeynəmə əzələlərində dəyişikliklər meydana gəlir.Əgər  uzun müddət  bu boşluq implant ya da körpü ile əvəz edilməzsə bu qonşu  dişlərdə də itkiyə səbəb ola bilər. 

Metal dəstəkli  Qapaq və ya Körpülər
İnfrastruktur olaraq standart metal "quotni-co" və ya qiymətli metal "quotau" xəlitələr istifadə edilə bilər.Qızıl diş həkimliyində istifadə olunan maddələr içərisində diş ve diş əti ilə bağlı ən qiymətli məhsullardan birdir. Bu səbəbdən  qiymətli metal istifadə edərək edilən tətbiqlər  ilə daha sağlam və estetik nəticələr əldə edilir.

METAL DƏSTƏKSİZ TAM (FULL) KERAMİK QAPAQLAR.
Gücləndirilmiş keramikadan düzəldilir.Qapaqların görüntüsünü bir çox şey dəyişə bilsə də ən vacibi işığa verdiyi reaksiyadır. Təbii dişlər işıq şüasını keçirir.Bunun nəticəsi olaraq da dişdə dərinlik ve canlılıq ortaya çıxır. Metal dəstəksiz keramik qapaqların işıq keçirmə qabiliyyəti olduğu üçün dərinlik və canlılıq daha çoxdur və  beləcə bu prosesdə təbiidişə yaxın nəticə əldə edilir.

estetik

Tam (Full) keramikalar işığı keçirdiklərindən təbii diş quruluşuna çox bənzər bir estetik görünüş        meydana gətirərkən, çox yaxşı hazırlanmış belə olsa metal keramikalarda bir donuqluq və sünilik vardır. Bu səbəblə xüsusilə ön dişlərdə full keramikalar seçirlər.

  • Metal dəstəkli keramikalar bəzi işıqlarda (disko,fotoaparat flaşı və s.) ağızda yoxmuş kimi tünd rəngli  bir boşluq görüntüsü verirlər. Full keramikalar isə eyni təbii diş kimi hər cür işığı keçirirlər.

  • Metal dəstəkli keramikalar mexaniki olaraq dişə yapışdırılır. Full keramikalar isə mexaniki ve kimyəvi  olaraq dişə yapışdırılır. Bu səbəbdən metal dəstəkliklərə nisbətən mühafizəkarlıqlarıi çox daha yüksəkdir.

  • İnfrastrukturunda metal olmadığı üçün qapaq - diş əti xəttində tünd rəngli bir sahə olmaz. Daha estetik bir görünüş təmin edilər.

  • Dişə əti çəkildiyində, tam (full)keramikalar estetik görünüşlərini qorumaq istərkən,metal keramikalar diş ilə birləşdikləri bölgədə pis bir görüntü alırlar.

  • İnfrastrukturunda istifadə edilən bəzi metallara qarşı (nikel və s.)əmələ gələ biləcək allerqik risk full keramikalarda yoxdur.


METAL DƏSTƏKSİZ EMPRES KÖRPÜLƏR
Gücləndirilmiş keramikanın  xüsusi aparatlarda sıxışdırılmasıı ilə əldə edilir. Xüsusilə ön dişlərdə, ışıq keçirmə çox yaxşı  olmasından ötəri seçilər. Arxa bölgə çeynəmə əzələlərinə qarşı kifayət qədər dayanıqlı deyildir.

estetik

METAL DƏSTƏKSİZ ZİRKONYUM ƏSASLI KÖRPÜLƏR
Bu sistemdə infrastruktur olaraq metal əvəzinə ağ rəngdə olan zirkonyumdan istifadə olunur. Sistemin ən böyük üstünlüyü, çatdığı çox yüksək dayanıqlıqla, arxa bölgədəki körpülərdə tam estetik bir görünüş təmin etməkdir.

estetik

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı