РусскийEnglish

estetikstomatologiya3 dentalimplants3 lazertexnalogiyasi3 3d4
Faydalı məlumatlar » Klinikamızda sterilizasiya və gigiyena

Ağız və Diş Təmizliyi
Uşaqlarda diş çıxarma
Uşaqlarda ağız və diş sağlamlığı
Diş ağrısı və müalicəsi
Ağıl dişləri
Ağız xərcəngləri
Diş ağartma(bleaching)
Siqaret və Ağız Sağlamlığı
Estetik Plomblar
Körpü və Qapaq Nədir?
Klinikamızda sterilizasiya və gigiyena
Diş həkimliyində sterilizasiya və infeksiyaya nəzarət
Kosmetik tənzimləmə
Diş Rentgeni nədir və hansı məqsədlə istifadə olunur?
Kanal Müalicəsi (Endodontiya)
Diş həssaslığı
Qadınlarda ağız və diş sağlığı
Metal dəstəksiz Zirkon əsaslı qapaq və körpülər
Diş apsesi
Diş daşı (Ərplər)
Dişəti xəstəlikləri
Gülüş Dizaynı (Smile Design)
Protezlər və qulluq
Afta və Uçuq

estetik

Xəstələrimizdən xəstələrimizə ya da klinika personalımıza hər hansı bir     yoluxucu xəstəlik keçməməsi üçün xüsusi çalışırıq.İllərdir pis və steril olmayan şəraitlərdə edilən diş müalicələri bir çox yoluxucu xəstəliyin yayılmasına səbəb olmaqda idi.Amma inkişaf edən texnologiya xüsusilə aftoklavların və tək istifadəlik vəsaitlərin yayılması bu problemi əbədi olaraq həll etdi. Biz də klinikamızda, ağızınızda istifadə etdiyimiz bütün vəsaitləri ya aftoklavla steril edir ya da istifadə etdikdən sonra məhv edirik.

Müasir sterilizasiya texnikası
İlk mərhələdə, istifadə edilən bütün metal əl alətləri, frezlər və kanal alətləri istifadə edildikdən sonra üzərlərində qan və plomba artığı qalmaması üçün ultrasonik təmizləyiciyə yerləşdirilir. Ultrasonik dalğalarla artıqlardan təmizlənən əl alətləri xüsusi bir qab içərisində dezinfeksiyaedici  mayedə gözlədilir. Alətlər mayedən çıxarılıb yuyucuyla yuyulduqdan sonra qurulanır və paketləmə maşınında xəstəyə xüsusi istifadə edilmək üçün qablaşdırılır. Daha sonra B sinifi aftoklav içərisində 135 dərəcədə sterilizasiya olunur. Bu əməliyyat sonunda HIV və Hepatit mikroorqanizmləri də daxil olmaqla bütün bakteriya və mikroorqanizmlərdən təmizlənən alətlər, yanıınızda paketi açılana qədər steril və qablı şəkildə saxlanılır.
Bir dəfə istifadəlik alətlər
Klinikamızda aftoklava girməyən bütün digər alətlər istifadə edilib atılandır. Sizə xüsusi qabından çıxarılar, müalicənizdən sonra zibilə atılarlar. Plastik stəkanlar, tüpürcək  əmicinin ucları, şprislər, başlıq örtüsü, alət nimçə örtüsü, xəstə önlükləri, əlcəklər, kamera və dijital rentgen örtükləri və s.həmişə tək istifadəlikdir və istifadədən sonra zibilə tullanılır.

Qoruyucu geyimlər
Maska, eynək, əlcək və önlüklər isə özümüzü qorumaq üçün istifadə etdiyimiz qoruyucu paltarlardır.

estetik

Səth təmizliyi
Müalicəniz tamamlandıqdan sonra yerindən çxarılamayan əşyalar (diş kreslosu, rentgen cihazı, reflektor qolu, dəzgah üzərləri kimi) qısa müddətdə təsir göstərən yüksək konsentrasiyada dezenfeksiya edici spreylər vasitəsiylə təmizlənər və silinər.

estetik

Universal Precaution tədbirlərinə görə bədənin hər hansı bölgəsindən çıxan bütün mayelər potensial infeksiya qaynağıdır.

Universal Precaution tədbirləri bunları əhatə edir : 
·      Hər müalicədən əvvəl və sonra əllərin yuyulması.
·      Hər müalicədə əlcək taxmaq və bu əlcəkləri zibilə atmaq.
·      Müalicə əsnasında maska lazım olsa qoruyucu eynək taxmaq.
·      Əgər müalicə qan və ya həddindən artıq dərəcədə tüpürcək ifraz edirsə qoruyucu önlük geymək. 
·      Hər istifadədən sonra sterilizasya və dezenfeksiya
·      Klinikanın və səthlərin təmizlik sterilizasyası.
·      Kontamine əşyaların yox edilməsi.


Sterilizasya bizim üçün vacib olduğu qədər sizin üçün də çox əhəmiyyətlidir.Maraqlandığınız bir mövzuda bizə məsləhətləşməkdən çəkinməyin.

 
 

© “Estetik Diş” Stomatoloji və Dental Diaqnostik Mərkəzi 2009-2013
Ünvan: Bakı ş., Az1052, Molla Cümə küç., 26A/23
Telefon: (+994 12) 564 38 39;(+994 12) 511 50 76
Mobil: (+994 51) 846 26 26
E-mail: info@estetikdis.az www.facebook.com/EstetikDish

Saytı dizayn etdi və hazırladı